Azərbaycanlı futbolçu Latviya klubundan ayrılma səbəbini açıqladı
Icma.az, Operativmedia saytına istinadən bildirir.
Bunu "Operativ Media"ya açıqlamasında futbolçunun özü bildirib.
O, Latviya klubu ilə müqaviləsinin başa çatdığını söyləyib.
"Qrobina" klubu ilə müqaviləm başa çatdı. Mənə yeni müqavilə təklif etmədilər. Buna səbəb son turda zədəli olduğum halda məni oynatmaq istəməkləri ola bilər. Zədəmin daha da pisləşməməsi üçün oynamaqdan imtina etdim. Çox güman buna görə mənimlə yeni müqavilə imzalamadılar".
N.Məmmədzadə karyerasını harada davam etdirəcəyinə hələki qərar verməyib.
"Menecerim klub axtarışlarını davam etdirir. Bütün variantları nəzərdən keçiririk. Böyük ehtimalla çıxış edəcəyim yeni komandanın adına qışda aydınlıq gələcək".
Qeyd edək ki, Nazim Məmmədzadə "Qrobina"da əsas heyət üzvü olub.

Azərbaycanlı futbolçu Tayland klubundan ayrıldı
27 Noyabr 2024 10:51
Azərbaycanlı futbolçu Tayland klubundan AYRILDI
27 Noyabr 2024 17:41
Azərbaycanlı futbolçu Türkiyə klubundan ayrılır? İdmanXəbər
06 Yanvar 2025 18:22
Azərbaycanlı futbolçu Tayland klubundan ayrılıb İdman və Biz
27 Noyabr 2024 11:40
Azərbaycanlı futbolçu
15 Noyabr 2024 15:12

