Azərbaycanlı futbolçu: Pünik i məğlub etdiyimiz üçün şadam
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Şimali Makedoniyanın “Lyuboten” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Milana Rəhimova UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Ermənistan təmsilçisi “Pünik”i böyük hesabla (4:0) məğlub etdikləri üçün şad olduğunu bildirib.
İdman.biz xəbər verir ki, 21 yaşlı müdafiəçi bu barədə "Report"a açıqlama verib.
O, qarşılaşmadan əvvəl çox ciddi hazırlıq gördüklərini söyləyib: "Rəqibi təhlil etmişdik. Necə bir kollektiv olduğunu bilirdik. Bizim də öz hədəflərimiz var idi. Görüşün ağır keçəcəyini bilirdik. Buna baxmayaraq, sadəcə, qalibiyyət haqqında düşünürdük. Növbəti mərhələyə vəsiqə qazandığımız və Ermənistan komandasına qalib gəldiyimiz üçün şadam. Ermənistan komandasına qarşı oynayacağımı eşitdiyim andan etibarən məndə böyük məsuliyyət, istək və aqressiya yarandı. İlk növbədə Vətənim üçün oynayacağımı bilirdim. Rəqibə qalib gəlmək üçün hər şeyi etməliydim. Bunu öz oyunumla göstərdim. Çox aqressiv oynayırdım. Onlar da azərbaycanlı olduğumu bilirdilər. Aqressiya gözlərimdən görünürdü".
Rəhimova növbəti raunddakı hədəflərindən də söz açıb: "Belçikanın "Rosenqard" klubuna qarşı oynayacağıq. Yaxşı komandadır. Keyfiyyətli oyunçuları var. Məşqçilərimizin tapşırıqlarını yerinə yetirməli və əlimizdən gələni etməliyik. Hədəfimiz növbəti dəfə qalib gəlməkdir. Kollektiv olaraq bunun üçün çalışırıq".
Qeyd edək ki, Azərbaycan millisinin üzvü "Pünik"lə görüşə ilk "11-lik"də başlayıb və sonadək meydanda olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 04 Avqust 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















