Azərbaycanlı gənc rəssamın əsəri Britaniyadakı səfirliyə təqdim olunub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
London, 4 iyul, AZƏRTAC
Azərbaycanlı gənc rəssam Ülviyyə Axundovanın “Son bahar” adlı əsəri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, əsərdə rəssam sevimli Bakı şəhərini özünəməxsus baxış bucağından təsvir edib.
“Bakıya olan sevgimi, xüsusilə də İçərişəhərin qədimliyi ilə müasir memarlığının vəhdətini bu kompozisiyada əks etdirməyə çalışdım. Fəsil olaraq, son baharı - payızı seçdim, çünki bu mənim daxili hisslərimi ən yaxşı ifadə edən dövrdür”,- deyə Ülviyyə Axundova bildirib.
2000-ci ildə Bakı şəhərində anadan olan Ülviyyə orta təhsilini və rəssamlığa ilk addımlarını Azərbaycanda atıb. Daha sonra təhsilini London İncəsənət Universitetində davam etdirərək rəssamlıq üzrə bakalavr dərəcəsi alıb. O, həmçinin “Sotheby’s” İncəsənət İnstitutunda sənət biznesi və kuratorluq praktikası üzrə biliklərə yiyələnib.
Gənc rəssamın indiyədək üç fərdi sərgisi keçirilib və əsərləri dünyanın müxtəlif ölkələrində fərdi kolleksiyalarda yer almaqdadır. Ülviyyə Axundova eyni zamanda Rəssamlar İttifaqının da üzvüdür.
Qeyd edək ki, gənc rəssamın əsərləri iyunda London Dizayn Biennalesində Heydər Əliyev Mərkəzi və IDEA İctimai Birliyinin təqdim etdiyi MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisində sərgilənib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 04 İyul 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















