Azərbaycanlı güləşçi qardaşlar finalda üz üzə gəliblər YENİLƏNİB
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Güləş üzrə Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə 97 kiloqram çəki dərəcəsində final qarşılaşması baş tutub.
"Ölkə.az" xəbər verir ki, "Neftçi" İdman Klubunun güləşçiləri Məhəmməd və Murad Əhmədiyev qardaşları finalda üz-üzə gəliblər.
Qarşılaşma Murad Əhmədiyevin qələbəsi ilə başa çatıb. 3:1 hesabı ilə qələbə qazanan Murad Əhmədiyev qızıl medalın sahibi olub.
Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yanvarın 11-də yekun vurulacaq. İlk üçlükdə yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcəklər.
***
Bakı İdman Sarayında keçirilən yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında nadir rast gəlinən maraqlı hadisə yaşanıb.
“Ölkə.az” xəbər verir ki, yarışın 97 kq çəki dərəcəsində qızıl medal uğrunda həlledici görüşdə “Neftçi” İdman Klubunun üzvləri olan iki qardaş – Məhəmməd və Murad Əhmədiyevlər üz-üzə gələcəklər.
Bildirək ki, qardaşlardan Murad Əhmədiyev ötən ilin sentyabrında Zaqrebdə keçirilən dünya çempionatında erməni rəqibi, çoxqat dünya və Avropa çempionu Artur Aleksanyanı məğlub etmişdi. Məhəmməd Əhmədiyev isə U-23 yaş qrupu üzrə beynəlxalq turnirlərin mükafatçısıdır.
Qeyd edək ki, yanvarın 7-də start verilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına ayın 11-də yekun vurulacaq.(qafqazinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 Yanvar 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















