Icma.az
close
up
RU
Azərbaycanlı güləşçinin mükafatlandırma mərasimində qalmaqal VİDEO

Azərbaycanlı güləşçinin mükafatlandırma mərasimində qalmaqal VİDEO

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında 74 kq çəki dərəcəsində fərqlənən sərbəst güləşçilərin mükafatlandırma mərasimində qalmaqal baş verib.

Gununsesi.info xəbər verir ki, Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili Albaniyanı təmsil edən Çermen Valievi təltif edərkən, ona nə isə deyib.

Mamiaşvilinin bu sözləri Valievin sərt reaksiyası ilə qarşılanıb. Güləşçi federasiya rəhbərindən gül dəstəsi və qızıl medalı könülsüz halda qəbul edib, federasiya rəhbərinin əlini itələyib. O, Albaniyanın dövlət himnini də əhvalı pozulmuş halda dinləyib.

Əslən osetiyalı olan Valiev finalda Dünya Güləş Birliyinin bayrağı altında güləşən Rusiya təmsilçisi Zaurbek Sidakovu məğlub edib. Sidakov da milliyyətcə osetiyalıdır. Final qarşılaşmasının sonlarında mübahisəli epizod baş verib. Hakimlər epizodun video-təkrarına iki dəfə baxdıqdan sonra Valievə 2, Sidakova 1 xal verib və görüş Albaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 4:3. Sidakov döşəyi axsaya-axsaya tərk edib və mükafatlandırma mərasiminə də çətinliklə çıxa bilib. Valiev isə Albaniya bayrağını çiyninə alaraq dövrə vurub.

Mamiaşvilinin Valievə Sidakovla görüşdə qızıl medala layiq olmadığını dediyi və mübahisəli epizodla bağlı irad tutduğu güman olunur.

Qeyd edək ki, 74 kq çəki dərəcəsində bürünc medallardan birini Azərbaycan yığmasının üzvü Ağanəzər Novruzov qazanıb. Digər bürünc medal isə daha bir osetiyalı, Slovakiya təmsilçisi Saymuraz Salkazanova qismət olub. Beləliklə, bu çəki dərəcəsində fəxri kürsüdə üç osetiyalı, bir azərbaycanlı yer alıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Aprel 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri