Azərbaycanlı həkimlər yenidən Qazaxıstana gedir Rəsmi
Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanlı həkimlər Qazaıxstanın Aktau şəhərində müalicə alan üç azərbaycanlı vətəndaşa tibbi dəstək göstərmək üçün yola düşəcək. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
"Hazırda Qazaxıstanın Aktau şəhərində 3 azərbaycanlı müalicə alır. Yaralıların tezliklə sağalması üçün aparılan müalicə tədbirlərində tibbi dəstəklə yanaşı, mənəvi dəstək də çox önəmlidir. Bu məqsədlə, həm Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınır. Qazaxıstana ezam olunan tibbi personal aparılan müalicə tədbirlərinin ölkələrin tibb mütəxəssisləri arasında koordinasiyalı təşkilini təmin edəcək, yaralıların yaxınları onların tezliklə əvvəlki sağlamlıqlarına qovuşmasında mənəvi dayaq olacaqlar. Yaralıların vəziyyəti qənaətbəxş və təxliyə üçün uyğun olduqda, onların dərhal Bakıya gətirilməsi təmin ediləcək", - məlumatda deyilir.
Bir gün öncə Qazaxıstnın Aktau şəhərində müalicə alan digər vətəndaşlar Azərbaycana gətirilib. Hazırda olanların müalicəsi Yeni Klinikada davam etdirilir.
Gülnar Nazimqızı
www.anews.az
Baxış sayı:88
Bu xəbər 27 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















