Azərbaycanlı həmkarlar bu şayiəni vaxtında təkzib etdi Zaxarova
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskva və Bakı iki ölkə arasındakı münasibətlərə dair saxtakarlığı minimuma endirmək üçün birgə səylərini əlaqələndirmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Diplomat qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın bəzi media resurslarında guya ölkədə rusdilli məktəblərin bağlanacağına dair yazılar görüb: "Bir müddət sonra dərhal yaranan çoxsaylı sualları nəzərə alaraq, Azərbaycanın Elm və Təhsil Nazirliyi bu məlumatı təkzib etdi. Biz vəziyyəti diqqətlə izləyirik, bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə daimi əlaqə saxlayırıq".
O, əlavə edib ki, azərbaycanlı həmkarları bu şayiəni çox vaxtında təkzib ediblər: "Çünki biz təkcə siyasi hadisədən və ya hansısa fəlsəfi hadisədən danışmırıq, bunlar insanların konkret taleləridir. Ona görə də hesab edirəm ki, biz bu cür saxtakarlıq və sızmalardan dəyən zərəri minimuma endirmək üçün, belə demək mümkünsə, həmkarlarımızla öz fəaliyyətimizi koordinasiya etməyə davam edəcəyik".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 02 İyul 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















