Azərbaycanlı jurnalist Bakıya ekstradisiya ediləcək FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanlı jurnalist Əfqan Sadıqov Bakıya ekstradisiya ediləcək.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Tblisi şəhər məhkəməsi qərar qəbul edib.
Ə.Sadıqov hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.
O, bir müddət əvvəl Gürcüstanda saxlanılıb. Bu gün isə ekstradisiya edilməsinə qərar verilib.
Qeyd edək ki, Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib.
Xatırladaq ki, "Azel Tv"nin rəhbəri olmuş Ə.Sadıqov 2020-ci ildə hazırda həbs edildiyi maddə ilə 6 il müddətinə məhkum edilmişdi. O, iki il əvvəl əfv edilmişdi.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 28 Noyabr 2024 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















