Azərbaycanlı kriminal avtoritet belə HƏBS EDİLDİ VİDEO
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanlı kriminal avtoritet Rusiyadan deportasiya olunub.
Lent.az-ın xəbərinə görə, 61 yaşlı Bəxtiyar Əliyev bu ilin martında Krımın Sevastopol şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onun “oğru aləmi” ideologiyasını bölüşdüyü, ekstremist hesab edilən “AUE” təşkilatının fəaliyyətini təbliğ etdiyi və “qanuni oğrular”la əlaqələr saxladığı iddia olunur. Məlumata görə, avqustun sonunda o, Rusiyaya girişinə qadağa qoyulmaqla Azərbaycana deportasiya edilib.
Bundan əlavə azərbaycanlı avtoritetin saxlanılma görüntüləri də yayılıb. Videoda o, özünü 61 yaşlı Alim Bəxtiyar Xalıq oğlu kimi təqdim edib. O, Azərbaycan vətəndaşı olduğunu və Rusiya pasportunun olmadığını təsdiqləyib.
O, Rostovdan şalvar və köynək alveri edən qardaşının köməyi ilə dolandığını bildirib.
Qardaşının adını da Alim Bəxtiyar Xalı Buğlı kimi göstərib, onun 1967-1968-ci il təvəllüdlü olduğunu deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 Sentyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















