Azərbaycanlı məktəbli BMT Oyunlarında medal qazanıb
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci il BMT Oyunlarının bağlanış mərasimində 12 yaşlı azərbaycanlı yeniyetmə Kamal Məmmədəliyev Təşkilat Komitəsi tərəfindən medalla təltif olunub.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında baş tutan bağlanış mərasimi Türkmənistanın BMT-dəki Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.
110 ölkədən 800-dən çox iştirakçının qatıldığı turnirin bağlanış mərasimində BMT daxilində fəaliyyət göstərən bütün idman növləri üzrə qaliblərə kuboklar, medallar və xüsusi mükafatlar təqdim olunub.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev də mərasimdə iştirak edib.
Tədbirdə çıxış edən BMT rəsmiləri və tanınmış idmançılar, o cümlədən İtaliya futbol millisinin sabiq kapitanı, UEFA "Euro 2020" çempionu Corco Kiellini və stolüstü tennis üzrə Olimpiya çempionu Liu Qo Lianq idmanın dostluq, dialoq və əməkdaşlıq vasitəsi olaraq əhəmiyyətini vurğulayıblar.
Azərbaycanlı gənc Kamal Məmmədəliyev 2025-ci il BMT Oyunlarının Mərkəzi Asiya və onun hüdudlarından olan uşaqlardan ibarət komandada çıxış edərək çempionlar sırasında yer alıb. K.Məmmədəliyev səhnədə çıxışı zamanı oyunların onun həyatında yaratdığı imkanlardan və beynəlxalq dostluğun verdiyi dəyərlərdən danışıb. O bildirib ki, idman yalnız yarış deyil, həm də bəşəri dəyərlərin və birliyin təntənəsidir.
Futbol, voleybol, basketbol, tennis, şahmat, stolüstü tennis, yoqa və digər idman növləri üzrə qaliblərə medallar və diplomlar təqdim olunub. Qaliblər sırasında BMT əməkdaşları komandası çempion elan olunub, Rusiya missiyası isə ikinci yeri tutub. Ən yaxşı oyunçu, qapıçı və müdafiəçi nominasiyaları üzrə fərqlənən iştirakçılara da xüsusi mükafatlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 14 May 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















