Icma.az
close
up
RU
Azərbaycanlı məktəbli Çin Yeni ili qala konsertində çıxış edib

Azərbaycanlı məktəbli Çin Yeni ili qala konsertində çıxış edib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pekin, 3 fevral, AZƏRTAC

“Junior Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi olmuş gənc musiqiçi Sona Əzizova Çin Yeni il münasibəti ilə ölkənin Şansi vilayəti televiziyasının təşkil etdiyi qala-konsertdə çıxış edib.

AZƏRTAC xəbər verir ki, “İpək yolu və xoşbəxtlik - birlikdə 10 min mil” devizi altında keçirilən qala-konsert televiziya proqramına 27 musiqi nömrəsi və İpək yolu ilə bağlı valehedici hekayələri nümayiş etdirən “İpək Yolu macərası” seriyasından üç qısametrajlı film daxil olub.

Sona Əzizova İtaliya və Çinin müştərək fəaliyyət göstərdiyi “Vinci Cultura” mədəniyət mərkəzinin və Şansi televiziya kanalının dəvəti əsasında qala-konsertdə iştirak edib və “One of those days”, “Do re mi” mahnılarını ingilis və Azərbaycan dillərində ifa edib. Bundan başqa, o, qala-konsertin İpək yoluna həsr olunmuş final mahnısında bir neçə artist ilə səhnəni paylaşıb. İlk dəfə idi ki, Azərbaycandan olan bir məktəbli Çinin Yeni il qala-konsertində səhnəyə çıxırdı.

Qeyd edək ki, Bakıdakı 102 saylı məktəbin 10-cu sinfində, 35 saylı Georgi Şaroyev adına musiqi məktəbinin 5-ci sinfində təhsil alan Sona Əzizova 7 yaşından musiqi ilə məşğul olur, Azərbaycanda Səs Uşaqlar yarışmasında 2-ci yeri tutub. Fransada “Uşaq Avroviziyası 2021”də 5-ci yeri qazanaraq Azərbaycana uşaq avroviziyası tarixində ən yaxşı nəticəni göstərib. Mədəniyyət və Təhsil nazirliklərinin təşkil etdiyi bir sıra dövlət tədbirlərində çıxış edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri