Icma.az
close
up
RU
“Azərbaycanlı məşqçilər tənbəldirlər” Şahin Çatmanın ə AÇIQLAMASI

“Azərbaycanlı məşqçilər tənbəldirlər” Şahin Çatmanın ə AÇIQLAMASI

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Gənclər” klubunun və Azərbaycanın 18 yaşadək qızlardan ibarət voleybol millisinin baş məşqçisi Şahin Çatma 2023-cü ildə bu vəzifəyə təyin edilib.

Türkiyəli mütəxəssis İdman.Biz-ə açıqlamasında əvvəl “Gənclər” klubunun son vəziyyətə toxunub.

“Bu komandanın Yüksək Liqada oynaya bilməyəcəyi və problemlərlə üzləşəcəyi deyilirdi. Amma hesab edirəm ki, qızlar çox yaxşı çıxış etdilər”, - deyə o bildirib.

Əsasən U-18 millisindən formalaşan “Gənclər” komandası Azərbaycan çempionatında pley-off mərhələsi (27 mart) ərəfəsində çıxışını başa vurub. Gənc voleybolçular bir qələbə belə qazana bilməsələr də, əsasən legionerlərdən ibarət, daha təcrübəli rəqiblərə qarşı layiqli mübarizə aparıblar.

Türkiyəli mütəxəssis vurğulayıb ki, əsas məqsəd inkişafdır:

“Azərbaycanda əsas hədəf inkişafdır. Məhz buna görə bu heyətlə Yüksək Liqada iştirak etdik ki, qızlar mümkün qədər çox oyun keçirsin və təcrübə toplasın. Düşünürəm ki, bu komanda daha iki il birlikdə çalışsa, çempionatda çox yüksək səviyyədə çıxış edə bilər”.

O, Azərbaycanda uşaq və yeniyetmə voleybolunun zəif inkişaf etdiyini qeyd edib:

“Mən Azərbaycana gələndə demək olar ki, inkişaf yox idi. Bəzi oyunçular voleybola yeni başlayırdı və elementar biliklərə malik deyildilər. Üstəlik, onların boyu da qısa idi - biz 1,56-1,60 m boyunda uşaqlarla işləyirdik”.

Çatma problemin əsas səbəbini məşqçilərdə görür:

“Təəssüf ki, azərbaycanlı məşqçilər tənbəldir. Onlar ilkin mərhələdə işləmək istəmir və hazır, yüksək səviyyəli oyunçulara üstünlük verirlər. Halbuki dünyada ən yaxşı mütəxəssislər məhz aşağı yaş qrupları ilə işləyir”.

Onun sözlərinə görə, uşaq voleyboluna diqqət yetirilməsə, ölkədə inkişaf mümkün deyil və çempionatda yenə legionerlər üstünlük təşkil edəcək:

“Sadə arifmetikanı - toplama, çıxma, vurma və bölməni öyrətmədən tənlik həll etdirmək mümkün deyil. Amma hazırda vəziyyət məhz belədir”.

Mütəxəssis nəticə üçün davamlı məşqlərin vacibliyini də vurğulayıb:

“Bir hərəkəti həqiqətən mənimsəmək üçün onu il ərzində 10 min dəfə təkrarlamaq lazımdır. Bu prosesə isə 10 yaşdan yuxarı uşaqlarla başlamaq vacibdir”.

Çatma qeyd edib ki, U-18 millisinin Azərbaycan çempionatında iştirakı Avropa çempionatının seçmə mərhələsinə hazırlığın bir hissəsi olub.

27-29 mart tarixlərində İspaniyada CEV U-18 Avropa çempionatı-2026-nın seçmə mərhələsinin ikinci raundu keçiriləcək. Azərbaycan millisi C qrupunda İspaniya, Niderland və Estoniya ilə qarşılaşacaq. Qrupların qalibləri, eləcə də ikinci yerlər arasında ən yaxşı nəticə göstərən komanda final mərhələsinə vəsiqə qazanacaq.

“Əlbəttə, şansımız var. İstənilən komandaya qarşı oynaya bilərik. Amma nəticəni proqnozlaşdırmaq çətindir. Məşqçilər heyətinin vəzifəsi komandaya istiqamət vermək və hazırlıqda gördüyümüz işləri meydanda reallaşdırmağa kömək etməkdir. Onlar indiyədək böyük beynəlxalq turnirlərdə çıxış etməyiblər. Azərbaycan ilk dəfə Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda oynayacaq. Qızlar yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər”, - deyə Çatma fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:396
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Mart 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri