Azərbaycanlı MMA döyüşçüsü dünya çempionu oldu
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın iki döyüşçüsü İndoneziyanın Bali şəhərində keçirilən MMA və qrapplinq üzrə dünya çempionatına uğurlu start verib.
Moderator.az xəbər verir ki, 16 yaşadək MMA döyüşçüləri arasında mübarizə aparan Əli Məmmədov dünya çempionu tituluna sahib çıxıb. 58 kq çəkidə qüvvəsini sınayan təmsilçimiz 1/4 finalda Çexiya idmançısı Oliver Traqan, yarımfinalda Ukrayna döyüşçüsü Yaşeslav Atlasova qalib gəlib. O, həlledici görüşdə neytral statuslu rusiyalı Maksim Dujakla qarşılaşıb. Əli uğurlu seriyanı davam etdirərək, bu rəqibini məğlub edib və qızıl medala yiyələnib.
Digər döyüşçümüz Şamil Şərifzadə isə gənclərin 79 kq çəkidəki mübarizəsində fərqlənib. O, yalnız finalda uduzaraq gümüş mükafat qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi yarışa ümumilikdə 6 idmançı ilə yollanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 10 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















