Azərbaycanlı müğənni klipi üçün Almaniyanın məşhur rəqqasını gətirtdi Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İfa tərzi və özünəməxsusluğu ilə seçilən müğənni Sevanna “Follow Me” adlı yeni mahnısı və ona çəkdirdiyi klipi təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, mahnının musiqisi ukraynalı hitmeyker İvan Lopuxova, sözləri isə Ranar Musayevə aiddir.
Yarı Azərbaycan, yarı ingilis dilində olan mahnının rep hissəsini isə OGB kimi tanınan Orxan Qarabasma ifa edib.
Ekran işinin rejissoru və prodüseri Ranar Musayevdir.
Klip üçün xüsusi olaraq Almaniyadan məşhur rəqqas Sergey Misçurenko dəvət olunub. O, Avropanın bir çox şoularının iştirakçısıdır.
Ekran işində Sevanna ilə rəqqasın səmimi görüntüləri və rəqsi böyük marağa səbəb olub.
Mahnı bütün rəqəmsal platformalarda, klip isə Sevannanın rəsmi yutub kanalında onlayndır.
Xatırladaq ki, bir müddət əvvəl Sevannanın “Yalla Habibi” adlı mahnı və klipi işıq üzü görümüşdü.
Həmçinin oxu: Yayı “qaynadan” yeni azərbaycanlı ulduz - Video - Fotolar

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 Noyabr 2024 07:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















