Azərbaycanlı müğənni vəsiyyətini AÇIQLADI: Var dövlətim ana südü kimi halalı olsun
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Günə Uğurla" verilişinin qonağı olan müğənni Əlikram Bayramov ailəsi və oğlu ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, bütün var-dövlətini oğluna vəsiyyət edir:
"Bütün var-dövlətim, mülküm oğluma qalsın. Hər bir zəhmətimi ana südü kimi ona halal edirəm".
Əlikram Bayramov oğlunun qayğıkeşliyindən də danışıb. Onun sözlərinə görə, bir dəfə rayona gedərkən ayağı ağrıyıb və oğlu mazla masaj edərək kömək edib. Müğənni oğlunun savadlı və ağıllı olduğunu vurğulayıb:
"İki ali təhsili var. O, mənim həm dostumdur, həm də qardaşım. Allaha şükür edirəm ki, mənə belə bir övlad bəxş edib".
Sənətçi eyni zamanda ailə dəyərlərinə toxunaraq, insanlara başqalarına yol göstərərkən diqqətli olmağı tövsiyə edib:
"Həmişə məsləhət görürəm ki, özündə olmayan şeyi başqasına danışma, kiməsə yol göstərmə. Bəzilərinin ailəsi bütöv deyil, amma ailədən danışırlar".
Əlikram Bayramovun səmimi açıqlamaları studiyada emosional anlara səbəb olub və sosial şəbəkələrdə geniş müzakirə olunub.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 29 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















