Icma.az
close
up
RU
Azərbaycanlı pilot dünya çempionatında rekord qıraraq 8 ci olub

Azərbaycanlı pilot dünya çempionatında rekord qıraraq 8 ci olub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Bu il İtaliyanın Lonato şəhərində yerləşən "International South Garda" trekində 24-cü Dünya Kartinq Çempionatının (World Grand Final) yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, beş kateqoriya üzrə təşkil olunan yarışlarda trekin uzunluğu 1200 metr olub. 2001-ci ildən bəri keçirilən turnir kartinq dünyasının ən prestijli tədbirlərindən biri sayılır.

Avropa və dünya çempionlarının da yer aldığı yarışa dünyanın müxtəlif ölkələrindən 607 pilot qatılıb. Çətin hava şəraiti və yüksək rəqabət fonunda keçirilən bu yarışda Portuqaliyanı təmsil edən üç sürücüdan biri, eyni zamanda Azərbaycan motorsportunun gənc istedadı Davin Cəfərov da iştirak edib. O, BirelArt Portuqaliya komandasının heyətində ilk dəfə olaraq BMB kateqoriyasında və dünya çempionatında start alıb.

Təsnifat mərhələsində yüngül qəza səbəbindən 32-ci yerdən start götürməyə məcbur qalan Davin, möhtəşəm performans göstərərək yarımfinal və final mərhələlərinə yüksəlib. Finalda o, 24 ötmə edərək italyan pilot Lorenzo Pinyanellinin 14 ötməlik rekordunu qırıb və eyni zamanda yarışın ən sürətli dövrəsini (fastest lap) nümayiş etdirib.

Bu nəticə şərhçilər və yarış iştirakçıları arasında böyük marağa səbəb olub. Davin Cəfərov yekunda finişə 8-ci çatıb.

Yarışdan sonra bir neçə beynəlxalq komandanın pilotları və rəhbərləri BirelArt Portuqaliya tentinə yaxınlaşaraq Davinlə tanış olub, ona gələcək karyerasında uğurlar arzulayıblar. Onların arasında İtaliyanın Milan şəhərində yerləşən AW Racing komandasının rəhbərliyi də olub. Komanda Davinə öz sıralarına qoşulmaq təklifini edib. Lakin gənc pilot hələlik BirelArt komandası ilə mübarizəsini davam etdirməyi üstün tutub.

Dünya çempionatında çıxışı ilə bağlı fikirlərini bölüşən pilot bunları söyləyib: “Bu səviyyəli yarışda, bu trekdə və BMB kateqoriyasında ilk dəfə idi iştirak edirdim. Təəsüf ki, yarışdan öncə buraya gəlib praktik məşqlərə qatılmaq imkanım olmadı. Dünya çempionatına 5 kateqoriya üzrə 607 iştirakçı qatılıb. Yarış çox gərgin keçdi, lakin mən bunun öhdəsindən gəldim və yarımfinal mərhələsinə yüksəldim. Lakin sıralamada kiçik insident və şassi problemlərimiz oldu ki, bu da məni yarışa 32-ci yerdən başlamağa məcbur etdi. Buna baxmayaraq, 24 sürücünü ötməklə yarışı ümumilikdə 8-ci sırada bitirdim. Yaş trekdə çox arxadan başlamaq və buna nail olmaq həqiqətən çətindir. Ona görə də bu, özüm və komandam üçün çox böyük nailiyyətdir. Bir çox başqa pilotlar və komanda rəhbərləri mənimlə görüşmək və söhbət etmək üçün tentimizə yaxınlaşdı. Beynəlxalq kartinq yarışlarında ilk dəfə bu səviyyədə iştirak edən və belə bir performans nümayiş etdirən azərbaycanlı sürücünü görəndə təəccübləndilər. iştirakçılar arasında dünya və Avropa çempionları vardı, həmçinin hava şəraiti yarışı çox çətinləşdirdi. Nə qədər güclü olduğumuzu göstərmək, ölkəmi təmsil etmək mənim üçün inanılmaz fəxr və təcrübə idi. Mən Azərbaycanın avtomobil idmanında dünya miqyasında zirvədə ola biləcəyini sübut etmək üçün əlimdən gələni edirəm və həmyerlilərimdən böyük dəstək görmək məni daha da ruhlandırır”.

Qeyd edək ki, ilin sonuna qədər Davin Cəfərovun daha iki beynəlxalq yarışda iştirakı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri