Azərbaycanlı pilot Palmelada birinci oldu
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Palmela şəhərində keçirilən kartinq üzrə beynəlxalq “Easykart Portugal Trophy” turnirində qalib olub.
Futbolpress.az xəbər verir ki, Davin uzunluğu 1270, eni 10 metr olan Beynəlxalq Kartodromo de Palmela trekində TaG Livre 125 kateqoriyası üzrə 140 xalla birinci olub.
Turnirdə Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Anqola və Cənubi Afrika Respublikasından olan pilotlar iştirak edib.
Qeyd edək ki, Davin oktyabrda İtaliyada keçiriləcək X30 kateqoriyasında “World Grand Final”da iştirak edəcək. O qitə çempionatında “BirelAreti” komandasının tərkibində Portuqaliyanı təmsil edəcək.
Kartinqdə bir sıra beynəlxalq turnirlərdə qalib və mükafatçılar sırasında yer alan 15 yaşlı pilota artıq Almaniyada Formula 4-ə qatılmaq təklifi gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 27 Avqust 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















