Icma.az
close
up
RU
Azərbaycanlı “qanuni oğru” ad gününü həbsdə qeyd edir

Azərbaycanlı “qanuni oğru” ad gününü həbsdə qeyd edir

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Orenburq vilayət məhkəməsi kriminal aləmdə Zaur Naxçıvanski və Zaur Orenburqski ləqəbləri ilə tanınan Zaur Şipilov bu gün 41 yaşını həbsdə qeyd edir. 
Bakıvaxtı.az xəbər verir ki, yayda yekunlaşan məhkəmə hökmünə əsasən, Zaur Şipilov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 2 il 6 ayını həbsxanada, qalan 6 il 6 ayını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. Bundan əlavə, o, 1 milyon rubl məbləğində cərimə ödəməlidir.

1985-ci ilin oktyabr ayının 18-də  Orenburqda anadan olan Şipilov 
məhkəmənin müəyyən etdiyi hallara görə, 2019–2025-ci illərdə cinayətkar iyerarxiyada yüksək mövqe tutub. İstintaq materiallarında onun kriminal aləmin liderlərinin görüşlərində iştirak etdiyi, cinayətkar həyat tərzi sürən şəxslər arasında mübahisələri həll etdiyi, kriminal ideologiyanın yayılmasına çalışdığı, cinayətkar mühitin ənənə və qaydalarının qorunmasına nəzarət etdiyi bildirilir. O, 2025-ci ilin iyulunda saxlanılıb və istintaq müddətində təcridxanada saxlanılıb. İstintaq orqanlarının vəsatəti əsasında onun və ailəsinin 13 milyon rubldan artıq dəyəri olan əmlakına həbs qoyulub. Bu ilin fevralında cinayət işi üzrə istintaqın başa çatdığı açıqlanıb. Regional prokurorluq ittiham aktını təsdiqlədikdən sonra iş məhkəməyə göndərilib.

Onun kriminal aləmlə əlaqələri ailəsinin keçmişinə də gedib çıxır. Onun atası Bayram Talıbov kriminal aləmdə Sabirabadlı Hikmət kimi tanınan Hikmət Muxtarovun mühafizəçisi olub. Hər ikisi 2006-cı ilin yazında Moskvada, Leninqrad prospektində park edilmiş “Mercedes-Benz 500” markalı avtomobilə minərkən güllələnərək öldürülüb. Hadisədən sonra Bayram Talıbovun oğlu bir neçə il Türkiyədə yaşayıb. 2013-cü ildə orada ona “qanuni oğru” titulu verilib.
İlk dəfə Şipilov Rusiyada böyük həcmdə heroinlə saxlanılıb. O, Krasnoyarsk diyarının Minusinsk şəhərindəki cəzaçəkmə müəssisəsində cəza çəkib və 2018-ci ilin payızında azadlığa çıxıb.
Lakin azadlıqda keçirdiyi illər uzun çəkməyib. 2025-ci ildə yenidən saxlanılan Zaur Şipilov bu dəfə cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda təqsirli bilinərək uzunmüddətli həbs cəzasına məhkum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Oktyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri