Icma.az
close
up
RU
Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı 13 milyon dollar

Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı 13 milyon dollar

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belarusun "Vitebsk Radiodetal Zavodu Monolit” ASC-nin direktorlar şurasının sədri Akif Qasımov Sankt-Peterburqda yerləşən keçmiş "Lennauçfilm” kinostudiyasının əmlak kompleksini satın alıb.

Trend xəbər verir ki, bu barədə "Delovoy Peterburq” (DP) məlumat yayıb.

Məlumata görə, bazar iştirakçılarının qiymətləndirməsinə görə, sahəsi 17,4 min kvadratmetr olan obyekt və 2 hektarlıq torpaq sahəsi üçün Qasımov təxminən 1 milyard rubl (təxminən 13 milyon dollar) ödəyib.

Nəşr xatırladır ki, 2021-ci ildə bu daşınmaz əmlak hərracda 475,5 milyon rubla Konstantin Ostrikova məxsus "Slavyanskoye” MMC tərəfindən alınıb. 2023-cü ildən şirkət "Fortis–İnvest”in idarəçiliyində olan qapalı pay investisiya fonduna məxsus olub. 2026-cı ilin martında isə onu 2024-cü ildən etibarən Akif Qasımova məxsus olan "Şimal-Qərb Logistik Terminal” MMC əldə edib.

Akif Qasımovun nümayəndəsi "DP”yə bildirib ki, yeni sahib "Lennauçfilm” ictimai məkanının inkişafını davam etdirəcək. Onun sözlərinə görə, layihəyə əlavə investisiyalar yönəldiləcək; bu vəsaitlər binaların təmiri, mühəndis təminatı, məkanın təşviqi və s. üçün istifadə olunacaq. Hazırda ərazinin yenidən tikilməsi ilə bağlı planlar yoxdur.

"DP” Akif Qasımovu sənayeyə fokuslanan uğurlu azərbaycanlı investor kimi təqdim edir: 1997-ci ildən ‘Kulon’da (Sankt-Peterburq) paya sahibdir, 2013-cü ildən isə vitebskli ‘Monolit’in nəzarət paketinə malikdir. Zavod sıfırdan modernləşdirilib. Şirkətin portfelində elektronika, daşınmaz əmlak və idman layihələri var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Aprel 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri