Azərbaycanlı şagird Stanford Universitetinə birbaşa qəbul olunub FOTO
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sabahın Alimləri XIII Respublika müsabiqəsinin qalibi İbrahim Allahverdiyev dünyanın ən aparıcı universitetlərindən biri hesab olunan Stanford Universitetində təhsilini davam etdirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanın istedadlı gənclərindən biri, “Sabahın Alimləri” XIII Respublika müsabiqəsinin qızıl medal mükafatçısı və 2024-cü ildə ABŞ-da keçirilən və dünyanın ən əhəmiyyətli elm yarışması hesab edilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) bürünc medal qazanmış İbrahim Allahverdiyev dünyanın nüfuzlu universitetlərindən bir neçəsinə qəbul olunub.
Şagirdimiz təhsilini dünyanın nüfuzlu universitetlərindən biri hesab edilən Stanford Universitetində davam etdirəcək.
Qeyd edək ki, İbrahim Allahverdiyev Dünya Məktəbinin 10-cu sinif şagirdi olarkən, həmkarı Səid Aslanov ilə birlikdə “Alzheimer xəstəliyinə qarşı potensial dərman təsirinə malik ferment inhibitorunun yaradılması” layihəsi ilə müsabiqədə iştirak edərək qızıl medal qazanıb.
“Sabahın Alimləri” kimi müsabiqələrdə iştirak və uğur qazanmaq gənclərin inkişafı üçün üstünlüklər yaradır, eyni zamanda onların yalnız ölkəmizdə deyil, bütün dünyada elm sahəsində tanınmasına və gələcək uğurlarına böyük təkan verir.
İbrahim Allahverdiyevi qazandığı uğurlara görə təbrik edir, gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 04 Aprel 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















