Icma.az
close
up
RU
Azərbaycanlı şairin “Bəxt ulduzu ” kitabı Kazanda tatarca işıq üzü görüb

Azərbaycanlı şairin “Bəxt ulduzu ” kitabı Kazanda tatarca işıq üzü görüb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskvada yaşayan azərbaycanlı şair-tərcüməçi, publisist və ictimai xadim Afaq Şıxlının “Bəxt ulduzu” adlı şeirlər kitabı Tatarıstanın paytaxtı Kazan şəhərində tatarca işıq üzü görüb. “Bəxt ulduzu”nun layihə rəhbəri, “Ön söz”ün müəllifi Tatarıstan Yazıçılar Birliyinin rəhbəri, Tatarıstan Dövlət Sovetinin deputatı, Xalq şairi, Dövlət mükafatı laureatı Rkail Zəydulladır. Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birlik” seriyasından yayınlanan kitabda yer alan şeirləri tatar dilinə bu birliyin üzvü, filologiya elmləri üzrə fəlsəfə doktoru, türkoloq alim, tərcüməçi Asiya Rəhimova çevirib. Müəllifin lirizmi, intonasiyası və poetik semantikası orijinalın ruhuna uyğun şəkildə qorunub saxlanılıb. Bu nəcib təşəbbüs, Tatarıstanla Azərbaycan, bütövlükdə türk xalqları arasında ədəbi bağların möhkəmləndirilməsi baxımından önəmli bir ədəbi-mədəni hadisə kimi dəyərləndirilir.

Bu barədə AZƏRTAC-a beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı məlumat verib.

O qeyd edib ki, mövzu və ideya baxımından “Bəxt ulduzu” dostluq, məhəbbət, vətən sevgisi, insanın iç dünyası və mənəvi axtarışları əhatə edən lirik-poetik toplu olaraq seçilir. Şeirlər oxucunu fərdi duyğulardan ümumtürk mənəvi yaddaşına aparan poetik bir gəziyə çağırır.

“Afaq Şıxlı Azərbaycan, Rusiya və Avrasiya Yazıçılar birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvüdür. O, uzun illərdir müxtəlif xalqların poeziya örnəklərini Azərbaycan və rus dillərinə çevirir, eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsində məsul katib vəzifəsini daşıyır. İxtisasca həkim olan şairin ədəbi yaradıcılığı dərin humanist məzmunu ilə diqqət çəkir. Türk dünyasının önəmli mədəni ocaqlarından olan Kazanda işıq üzü görən “Bəxt ulduzu”nun tatar oxucularının rəğbətini qazanacağına, yeni ədəbi bağların qurulmasına töhfə olacağına ümid edirik”, - deyə Ə.Qoşalı əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Yanvar 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri