Icma.az
close
up
RU
Azərbaycanlı tələbə xanım İstanbulda dələduzluqla üzləşib

Azərbaycanlı tələbə xanım İstanbulda dələduzluqla üzləşib

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycandan Türkiyəyə oxumağa yollanan 24 yaşlı tələbə Səidə Kərimova fırıldaqçıların hədəfinə tuş gəlib.

Oxu.Az "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki, memarlıq ixtisası üzrə magistratura təhsili almaq üçün İstanbulda ev kirayələmək istəyən gənc xanım təxminən 8 min dollar ziyana düşüb.

Məlumata görə, hadisə avqustun 23-də Kərimovanın "əmlak agenti" olduğunu iddia edən Mustafa Boğaçhan K. ilə onlayn əlaqə saxlaması ilə başlayıb. Tərəflər "WhatsApp" vasitəsilə razılığa gəliblər. Kərimova evin fotolarına baxdıqdan sonra agentin verdiyi bank hesabına 6 aylıq kirayə pulu göndərib.

Oktyabrın 1-də İstanbula gələndə heç kimlə əlaqə saxlaya bilməyən azərbaycanlı tələbə belə bir evin olmadığını öyrənib. Daha sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.

Kərimova başına gələnləri belə nəql edib: "Beşiktaşda ev kirayələmək istəyirdim. Evi bəyəndiyim üçün pulu göndərdim. İstanbula çatanda dedilər ki, ev sahibi gecikəcək, kafedə gözləyin. Dörd saat gözlədik, amma heç kim gəlmədi, mən onlara polisə zəng edəcəyimi bildirəndə məni otelə yerləşdirdilər".

Fırıldaqçılar Kərimovaya "ev söküləcək", "pulu qaytaracağam" kimi müxtəlif bəhanələr gətiriblər. O, hələ də dələduzların onun pulunu qaytarmadıqlarını vurğulayıb.

Fırıldaqçının ona şəxsiyyət vəsiqəsinin şəklini göndərərək, etibarını qazanmağa çalışdığını deyən Kərimova "Şəxsiyyət vəsiqəsini görəndə anladım ki, onun IBAN-da qeyd olunan şəxslə soyadı eynidir. Pulu qohumunun vasitəsilə aparıblar. İndi qızıllarını satıb pulunu ödəyəcəyini deyir".

Polis hadisə ilə bağlı araşdırmalara başlasa da, gənc xanım hazırda müvəqqəti kirayə mənzildə qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri