Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Azərbaycanlı tələbələr ilk dəfə Tacikistanda təhsil alacaqlar RƏY

Azərbaycanlı tələbələr ilk dəfə Tacikistanda təhsil alacaqlar RƏY

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bu qərar hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığında yeni bir mərhələyə işarədir



  Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində azərbaycanlı tələbələr ilk dəfə Tacikistanda təhsil alacaqlar. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd edilib ki, iki tələbə 2024-2025-ci tədris ili üzrə “Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 10 avqust 2018-ci il tarixində imzalanmış protokol”a uyğun olaraq Tacikistanda magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanıb.

  Seçim barədə Tacikistan tərəfindən verilən yekun qərar nəticəsində tələbələr “Tajik National University” və “Khujand State University” ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. Onlar humanitar və sosial və təbiət elmləri ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.


ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun “Sherg.az”a açıqlamasına görə, azərbaycanlı tələbələrin Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində ilk dəfə olaraq Tacikistanda təhsil alma imkanı qazanması, hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığında yeni bir mərhələyə işarədir: 


“Tacikistanda azərbaycanlı tələbələrin təhsil almağa başlaması ilə bağlı "ilk dəfə" ifadəsinin istifadə olunması, iki ölkə arasında daha əvvəl belə bir akademik təhsil mübadiləsinin formal olaraq mövcud olmadığını vurğulayır. Bu cür mübadilə proqramlarının həyata keçirilməsi ölkələrarası əməkdaşlığı gücləndirməklə yanaşı, müxtəlif sahələrdə qarşılıqlı faydalara səbəb ola bilər.

  Tacikistan və Azərbaycan arasındakı tələbə mübadiləsi proqramı gələcəkdə elmi, mədəni və sosial əlaqələri genişləndirə bilər. Bu əməkdaşlıq, hər iki ölkənin təhsil sahəsində öz təcrübələrini bölüşməsinə, müxtəlif yanaşmalardan bəhrələnməsinə və tələbələrə çoxşaxəli təcrübə qazandırmasına şərait yaradır. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrini gücləndirmək üçün Tacikistanın strateji əhəmiyyəti nəzərə alınaraq, bu təhsil mübadiləsi proqramı regiondakı təsir imkanlarını artırmaq baxımından da dəyərlidir”.

K.Əsədovun sözlərinə görə, Tacikistanın təhsil sisteminin bəzi müsbət tərəfləri arasında ölkənin güclü elmi ənənələrinin olması və xüsusilə mühəndislik, texnologiya və təbiət elmləri sahələrində yetkin kadr potensialının yetişdirilməsi qabiliyyəti qeyd edilə bilər: 

“Tacikistanda ali təhsil, Sovet təhsil sistemindən miras almış struktura əsaslanaraq bu sahələrdə ciddi akademik intizamı və elmi tədqiqatları dəstəkləyir.  Bununla belə, iqtisadi məhdudiyyətlər səbəbindən infrastruktur və maddi-texniki bazanın müəyyən çatışmazlıqları da mövcuddur. Tacikistan təhsil sistemi əsasən yerli şəraitə uyğunlaşdırılmış tədris modelləri üzərində qurulduğu üçün qlobal standartlara uyğunlaşmaqda müəyyən çətinliklərlə üzləşir. Müasir texnologiyalara və yenilikçi tədris metodlarına inteqrasiya məsələsində də əngəllər yaşana bilər. Bu mübadilə proqramı azərbaycanlı tələbələrin regionda təhsil almasına, həmçinin Azərbaycan və Tacikistan arasında təhsil sahəsində elmi əlaqələrin inkişafına imkan yaradır. Azərbaycanlı tələbələrin burada qazandıqları təcrübələr ölkənin kadr potensialına müsbət təsir göstərə, eləcə də Azərbaycanda müasir təhsil modellərinin inkişafına töhfə verə bilər. Bu proqramın genişləndirilməsi iki ölkə arasında uzunmüddətli təhsil və elmi əlaqələrin möhkəmlənməsinə də şərait yarada bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see429

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see260

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri