Icma.az
close
up
RU
Azərbaycanlı tələbələr Moldova aeroportunda qalıb XİN dən açıqlama

Azərbaycanlı tələbələr Moldova aeroportunda qalıb XİN dən açıqlama

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ukraynaya oxumağa gedən 34 azərbaycanlı tələbə Moldovada saxlanılıb və pasportları əllərindən alınıb".

Milli.Az xəbər verir ki, bu şikayətlə "qafqazinfo"ya Moldovada saxlanılan tələbələrdən biri - Özcan Həşimovun yaxını Firuzə Əkbərova müraciət edib.

Onun sözlərinə görə, dünən səhər bir müəllim, bir valideyn və 34 tələbə birlikdə Moldovaya uçublar və oradan Ukraynaya keçməli imişlər: "Moldovadan keçəndə hər birinin pasportuna möhür vurulub. Ukraynaya keçmək istəyəndə isə onları buraxmayıblar. Bunun üçün heç bir əsaslı səbəb göstərilməyib. Əvvəlcə hədə-qorxu gəliblər, baqajlarını əllərindən alıblar, yükləri ortada yoxdur. Deyiblər ki, bu gün üçün Azərbaycana qayıtmalıdırlar. Onlar tələbədirlər, nə qədər əziyyət çəkiblər, pul töküblər, imkanlısı var, kasıbı var... Ən əsası da valideyn və müəllim də daxil olmaqla hər birinin pasportlarını əllərindən alıblar. Hətta su, yemək almağa belə icazə vermirlər".

F.Əkbərova həmçinin qeyd edib ki, tələbələrin universitet sənədlərində də heç bir problem yoxdur: "Universitet tərəfindən onlara bildiriş də göndərilib. Bütün sənədlər qaydasındadır. Uşaqların 17-18 yaşları var, 1-ci kurs tələbələridilər. Onların pasportlarına ilk dəfədir ki, möhür vurulub. İndi də problem yaradırlar. Səfirliklə də əlaqə saxlamışıq, amma cavab yoxdur".

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən cavab olaraq bildirilib ki, Moldovadakı Səfirliyimiz sözügedən hadisə ilə bağlı məlumatlıdır:

"Qeyd edilən gənclərə hər bir dəstək göstərilib. Onların universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi Ukraynaya buraxmayıb. Onlar ölkəmizə geri qaytarılacaq".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Noyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri