Icma.az
close
up
RU
Azərbaycanlı tələbələr Romada toplaşıblar VİDEO AZƏRTAC

Azərbaycanlı tələbələr Romada toplaşıblar VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Roma, 10 dekabr, AZƏRTAC

Azərbaycanın İtaliyadakı səfirliyinin, Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycan İtaliya Məzunlar Assosiasiyasının (AZİAA) birgə təşkilatçılığı ilə İtaliyanın paytaxtı Romada azərbaycanlı tələbə və məzunlarla ilk görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunaraq, həyatı və zəngin dövlətçilik irsi ilə bağlı çıxışlar edilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Tural Məmmədov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xaricdə təhsil ənənəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və bu siyasətin ölkənin qlobal arenadakı mövqeyinin gücləndirilməsindəki müstəsna rolundan danışıb. Vurğulanıb ki, gənclərin sosial, sağlamlıq və təhsillə bağlı problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları dövlətin gənclərə olan qayğısının təcəssümüdür. Müasir Azərbaycanın varlığı bilavasitə Heydər Əliyevin ideallarının və amalının nəticəsidir.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev cəmiyyətin bütün sahələrində olduğu kimi gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə gənclər sahəsinin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. O, həmçinin Fond tərəfindən gənclər üçün yaradılan şərait, onların innovativ ideyalarının reallaşdırılması, beynəlxalq layihələrdə iştirakının təmin edilməsi və xaricdə təhsil alan gənclərin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb.

Daha sonra ASAP-ın icraçı direktoru Sevda Mansurova Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Eyni zamanda, xaricdə təhsil alan azərbaycanlı gənclərin həmrəyliyinin önəmini vurğulayaraq ASAP-ın əsas fəaliyyət istiqamətləri, missiyası, məqsədləri, gənclərin beynəlxalq arenada təmsilçiliyi ilə bağlı görülən işlər və İtaliyada nümayəndəliyin qurulması barədə təqdimat edib.

Tədbirin şəbəkələşmə hissəsində İtaliyada fəaliyyət göstərən təşkilatlar, universitetlər və qurumlarla əməkdaşlıq, Azərbaycanın İtaliyadakı səfirliyi ilə birgə azərbaycanlı gənclər arasında fəallığın və iştirakın artırılması, bu ölkədə yaşayan azərbaycanlı gənclərin maraq və ehtiyaclarına uyğun sahələrin müəyyən edilməsi, gənclərin şəxsi, eləcə də karyera inkişafına yönələn tədbir və layihələr haqqında fikir mübadiləsi aparılıb, bu istiqamətdə təkliflər dinlənilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri