Azərbaycanlı tələbələr Tacikistanda təhsil alacaqlar İLK DƏFƏ
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində azərbaycanlı tələbələr ilk dəfə Tacikistanda təhsil alacaqlar.
“Cebheinfo.az” xəbər verir ki, 2 tələbə 2024-2025-ci tədris ili üzrə “Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 10 avqust 2018-ci il tarixində imzalanmış protokol”a uyğun olaraq Tacikistanda magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanıb.
Seçim barədə Tacikistan tərəfindən verilən yekun qərar nəticəsində tələbələr bu ölkənin nüfuzlu universitetlərindən hesab edilən “Tajik National University” və “Khujand State University” ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. Onlar humanitar və sosial və təbiət elmləri ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















