Azərbaycanlı tələbənin Moskvada layihəsi təqdim olunub AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Moskva, 12 dekabr, AZƏRTAC
Azərbaycanlı tələbə Vüsal Məhərrəmov Moskvada Azərbaycanın Baş naziri Əli Əsədovun iştirakı ilə keçirilən MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclası çərçivəsində “Xəzərin Orbiti” layihəsinin təqdimatında iştirak edib.
AZƏRTAC xəbər verir ki, MDB ölkələrinin tələbə və aspirantlarının “Sərhədsiz universitet: hər kəsin ideyaları – hamı üçün gələcək” strateji sessiyasının 3-cü final mərhələsi çərçivəsində iki beynəlxalq finalçı komanda öz mühəndis layihələrini təqdim edib.
Su hövzəsinin dayazlaşdırılması problemlərinin həlli üçün kosmik monitorinq və transsərhəd sudan rasional istifadəetmə texnologiyası barədə “Xəzərin Orbiti” layihəsini tərtib edənlər arasında G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi olan həmyerlimiz Vüsal Məhərrəmov da var. Azərbaycanın Baş naziri Əli Əsədov ona işinə görə təşəkkür edib, təhsilində uğurlar arzulayıb.
AZƏRTAC-a müsahibəsində gənc tərtibatçı layihə üzərində gördüyü işindən danışıb. “Layihə Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan üçün yüksək dərəcədə aktualdır. Xəzər dənizinin dayazlaşması regionun bütün ölkələri üçün problemdir və bu, MDB ölkələrinin həyata keçirdiyi bir çox layihələri təhlükə altına qoya bilər”, - deyə o bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 12 Dekabr 2024 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















