Azərbaycanlı tır sürücüləri İran sərhədini tərk edə bilmirlər 100 min manatlıq məhsul xarab oldu VİDEO
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Azərbaycanlı yük maşını sürücüləri 15 gündür ki, onları İranda saxlayıblar və maşındakı yükləri xarab olub.
AZXEBER.COM xəbər verir ki, sürücülər deyirlər ki, məhsulu İrandan Rusiyaya sifariş əsasında aparmalı imişlər. Ancaq uzun müddət gözləmələri onların həm özləri, həm də daşıdıqları yüklər üçün ciddi problemlər yaradıb.
"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən sürücülər deyirlər ki, hər TIR-da təxminən 20 ton ərik var. Əriyin bir kiloqramını 7 manatdan hesablayanda, bu o deməkdir ki, hər maşında 80-100 min manatlıq məhsul xarab olub. Sürücülər 15 gündür İranda çətin şəraitdə qaldıqlarını bildirirlər:
Sürücülərin sözlərinə görə, Rusiya tərəfi, daha doğrusu, məhsulun gətirilməsini sifariş edən firma yüklərin xarab olduğunu əsas gətirərək onları qəbul edə bilməyəcəyini deyir. İran tərəfi isə xarab olmuş məhsulu boşaltmağa icazə vermir. Hazırda sürücülər İran-Astara gömrük məntəqəsində maşınların içərisində xarab olmuş yüklərlə nə edəcəklərini bilmirlər. Onlar bildirirlər ki, hər keçən gün vəziyyət daha da çətinləşir.
Həmin sürücülərə məhsulun gətirilməsini sifariş edən firmanın rəsmiləri ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı.
Yerli aidiyyəti qurumlarn isə məsələnin araşdırılacağını bildirdilər.
Baxış sayı:124
Bu xəbər 29 Avqust 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















