Azərbaycanlı uşaq ögey atasını öldürdü
Icma.az bildirir, Lent az portalına istinadən.
Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb.
Lent.az-ın yerli mediaya istinadla xəbərinə görə, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib.
Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib.
Dava zamanı V.E. üzərində olan bıçaqla ögey atasını yaralayıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
İlkin tibbi yardımdan sonra ağır yaralanan M.T. xəstəxanaya yerləşdirilib. Lakin o, həkimlərin bütün müdaxilələrinə baxmayaraq, iki gün davam edən həyat mübarizəsini uduzub. M.T.-nin meyiti ekspertiza üçün morqa aparılıb.
Şübhəli V.E. isə polis tərəfindən saxlanılıb. O, polis idarəsindəki prosedurlardan sonra məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 05 Sentyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















