Icma.az
close
up
RU
Azərbaycanlı yeniyetmələr Gürcüstanda faciəli şəkildə öldülər FOTOLAR

Azərbaycanlı yeniyetmələr Gürcüstanda faciəli şəkildə öldülər FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanda Marneuli-Bolnisi yolunun Naxiduri (Arıxlı) kəndi ərazisində yüksək sürətlə hərəkət edən avtomobil iki yeniyetməni vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, həyatını itirənlər azərbaycanlı yeniyetmələr - 15 yaşlı Elçin Binnətov və Sinan Şərifovdur. Kənd sakinləri bildirirlər ki, hadisədən sonra polislə vətəndaşlar arasında insident yaşanıb.

Buna səbəb isə təcili tibbi yardım briqadasının vurulan gənclərin deyil, hadisəni törədən şəxsin təcili tibbi yardım maşını ilə aparmaq istəməsi olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, mərkəzi magistral yolda iki azyaşlının ölmü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdən sonra yerli əhali hadisə yerinə toplaşıb və vəziyyət gərginləşib. Bildirilir ki, hadisə yerinə toplaşan vətəndaşlar, eləcə də ictimai asayişi qorumaq üçün hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları arasında insident baş verib. Qeyd olunur ki, yerli sakinlər toqquşmada iştirak edən avtomobili və təcili yardım briqadasının avtomobilini aşırıblar. Həmçinin digər vətəndaşların avtomobillərini zədələyərək sındırıblar. Bildirilir ki, sakinlər magistral yolda nəqliyyat vasitələrinin hərəkətinə imkan verməyib, həmçinin hüquq-mühafizə orqanları əməkdaşlarının istintaq hərəkətləri aparmasına və təcili tibbi yardım briqadasına mane olublar.

Vəziyyəti sabitləşdirmək üçün Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, o cümlədən patrul, kriminal və xüsusi təyinatlı idarələrinin əməkdaşları dərhal hadisə yerinə cəlb ediliblər. Qarşıdurma nəticəsində Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı, həmçinin 8 vətəndaş müxtəlif xəsarətlər alıb, onlara müvafiq tibbi yardım göstərilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://unikal.az
archiveBu xəbər 31 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri