Icma.az
close
up
RU
Azərbaycanlı yeniyetmələrin ölümünə görə qarşıdurma yarandı Video KONKRET

Azərbaycanlı yeniyetmələrin ölümünə görə qarşıdurma yarandı Video KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Gürcüstanda iki azərbaycanlı yeniyetməni avtomobil vuraraq öldürüb.

KONKRET.az gürcü mətbuatına istinadən xəbər verir ki, həmyerlilərimiz iki yeniyetmənin həyatını itirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı etiraz aksiyası keçiriblər və vəziyyət gərginləşib.

Məlumata görə, sakinlər uzun müddətdir təcili yardımı gözlədiklərini, lakin həkimlərin gəldikdən sonra yeniyetmələrə deyil, avtomobil sürücüsünə ilkin tibbi yardım göstərdiyini bildiriblər və bu da onların narazılığına səbəb olub.

“1TV.GE” telekanalının məlumatına görə, hadisə ilə bağlı ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə toplaşan vətəndaşlar, eləcə də ictimai asayişi qorumaq üçün hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları arasında insident baş verib.

Qeyd olunur ki, yerli sakinlər toqquşmada iştirak edən avtomobili və təcili yardım briqadasının avtomobilini aşırıblar. Həmçinin digər vətəndaşların avtomobillərini zədələyərək sındırıblar.

Bildirilir ki, sakinlər magistral yolda nəqliyyat vasitələrinin hərəkətinə imkan verməyib, həmçinin hüquq-mühafizə orqanları əməkdaşlarının istintaq hərəkətləri aparmasına və təcili tibbi yardım briqadasına mane olublar.

Nazirlikdən qeyd olunur ki, vəziyyəti sabitləşdirmək üçün Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, o cümlədən patrul, kriminal və xüsusi təyinatlı idarələrinin əməkdaşları dərhal hadisə yerinə cəlb ediliblər.

O da bildirilir ki, qarşıdurma nəticəsində Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı, həmçinin 8 vətəndaş müxtəlif xəsarətlər alıb, onlara müvafiq tibbi yardım göstərilib.

Bolnisi xəstəxanasından verilən məlumata görə, yol-nəqliyyat hadisəsindən sonra yaranan qarşıdurmada yaralananlardan ikisinin vəziyyəti ağırdır və onlar Tbilisiyə aparılıb.

Qeyd edək ki, vəfat edənlər 11-ci sinif şagirdi Sinan Şərifov və 9-cu sinif şagirdi Elçin Binətovdur./qafqazinfo

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Dekabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri