Icma.az
close
up
RU
Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar KONKRET

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Özbəkistanda Azərbaycan və özbək rəsmilərinin öz dillərində danışaraq bir-birini anlaması ortaq tükcə məsələsini yenidən gündəmə gətirib. Uzun müddətdir türk respublikaları arasında ortaq ünsiyyət dilinin yaradılması müzakirə olunur.

Bunun gerçəkləşməsi nə dərəcədə realdır? Hansı məqamlara diqqət yetirməliyik?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan türkoloq Əkbər Qoşalı deyib ki, “ortaq türk dili” ilə “ortaq türkcə – ortaq ünsiyyət dili” eyni hadisə deyil:

“Türk millətlərinin öz milli ədəbi yaxud dövlət dilindən əl çəkib süni şəkildə yeni bir “vahid dil” yaratmasının tərəfdarı deyiləm. Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, özbək, qazax, qırğız, türkmən və digər türkcələr bizim ortaq mədəniyyət ağacımızın canlı, yaşıl budaqlarıdır. Budaqları kəsib ağacı “birləşdirmək” olarmı? Ağac onsuz da kökündə birdir.

Özbəkistanda Azərbaycan və özbək rəsmilərinin öz dillərində danışaraq bir-birini anlaması çox gözəl, anlamlı bir örnəkdir. Bu, yüzillər boyu siyasi sərhədlər, fərqli əlifbalar və vasitəçi dillər səbəbindən müəyyən qədər bir-birindən uzaq düşmüş qardaş dillərin yenidən təbii ünsiyyət mühitinə qayıtmasının əlamətidir. Biz bir-birindən uzaqlaşmış, ancaq kökü, təməl söz varlığı, qrammatik quruluşu, düşüncə və ifadə məntiqi böyük ölçüdə qohum olan dillərdə danışırıq.

Bax, elə ona görə, mən ortaq türkcəni hansısa institutun kabinetlərində hazırlanıb, bizlərə təqdim ediləcək süni dil kimi təsəvvür etmirəm. Ortaq türkcə zamanla, canlı təmasların içindən doğmalıdır. Dövlət başçıları, diplomatlar, alimlər, yazarlar, jurnalistlər, tələbələr bir-birini daha çox dinlədikcə; filmlərimiz çevrilmədən yayımlandıqca; kitablarımız qarşılıqlı oxunduqca; ortaq televiziya və rəqəmsal media məkanı genişləndikcə təbii bir qarşılıqlı anlaşma leksikonu yaranacaq.

Yəni ortaq türkcəni yalnız dilçilər yaratmayacaq – həyat, əməli çalışma və məqsədyönlü gedişat özü yaradacaq”.

Ekspertin sözlərinə görə, burada Ortaq Türk Əlifbasının önəmi də böyükdür:

“Artıq 34 hərfdən ibarət ortaq əlifba modeli üzərində razılıq əldə olunub və onun praktik tətbiqi yönündə iş gedir. Ortaq əlifbanı ortaq dilin özündən irəli, ortaq oxunun açarı saymaq doğrudur. Bir-birimizin yazdığını rahat oxumağa başladıqda bir-birimizin danışığını anlamağımız da sürətlənəcək.

Bunun üçün orta məktəblərdən universitetlərə, akademiyalara qədər türk dillərinin qarşılıqlı öyrədilməsi, ortaq terminoloji sözlüklərin hazırlanması, televiziya və rəqəmsal platformlarda altyazılı yayımların artırılması, tələbə-müəllim mübadiləsi, ortaq ədəbiyyat antologiyaları və media layihələri çox önəmlidir”.

Ə.Qoşalı deyib ki, ortaq türkcə zəngin türk dillərindən hansınınsa o birilərinə üstün gəlməsi demək olmamalıdır:

“Məsələ “hamı filan türkcədə danışsın” şəklində qoyularsa, təbii dil yaxınlaşmasının yerinə süni rəqabət yarana bilər. Bizim gücümüz birrənglikdə deyil, bir kökdən gələn çoxrənglilikdədir. Ən azı Orxon-Yeniseydən bəri gələn böyük dil yaddaşımız bizə bunu öyrətmirmi?

İndi Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, universitetlər, media, ədəbiyyat və getdikcə artan insani təmaslar həmin məsafələri yenidən qısaldır. Ortaq Türk Əlifbası üzrə görülən işlərin məqsədlərindən biri də qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirməkdir.

Ona görə “bir-birimizi vasitəçisiz anlamaq üçün nə etməliyik?” sualını daha doğru görməkdə haqlıyıq. Azərbaycanlı özbək qardaşını, özbək qazaxı, qazax saxalını, qırğız qıprıslını, türkmən tatarı öz doğma dilində anlayırsa, bundan gözəl ortaq türkcə modeli nə ola bilər? Mənim arzuladığım mənzərə bax, budur.

Biz dillərimizi bir dilə çevirməkdənsə, dillərimizi bir-birinə çevirmədən anlamağı öyrənməklə daha xeyirli iş görmüş olarıq. Gələcəyin ortaq türkcəsinin ən gözəl fəlsəfəsi, kulturolojisi də elə budur. Asif Ata üslubunca desək, bir dil yaratmaq yox – bir-birimizi anlamaq! Dilləri azaltmaq yox – aradakı məsafəni azaltmaq! Eyniləşmək yox – doğmalaşmaq! Türk dünyasının dil birliyi də bax, belə doğmalaşmanın içindən gələcəkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Avqust 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri