Icma.az
close
up
RU
Azərbaycanlılar heç vaxt müsəlman olmayıb Ramazan hara, Novruz hara...

Azərbaycanlılar heç vaxt müsəlman olmayıb Ramazan hara, Novruz hara...

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Rəvan Cavidin "Novruz, Ramazan və biz" yeni yazısını təqdim edir.

Bakıda olanda mağazalarda səmənilər gördüm, maket tonqallar gördüm, bayram xonçaları gördüm. Gördüm ki, şəhərin mərkəzində Novruz bayramını qeyd etmək üçün iri səhnələr qurulur, yarmarkalar açılır. Çərşənbə axşamı evdəkilər tonqal videosu da göndərdilər.
Türkiyədə isə Novruz bayramını ancaq ölkənin şərqindəki üç-dörd şəhər qeyd edir.
Əsasən, azərbaycanlıların və ya Azərbaycan mədəniyyətinin hakim olduğu şəhərlər – Iğdır, Qars, Van, Ərzurum. Onlar da bizim kimi qeyd etmir. Nəsə Novruz, elə bilirəm, ən yaxşı elə Azərbaycana yaraşır.

İkinci ildir ki, Ramazan ayı ilə Novruz üst-üstə düşür. Fars irfanı qarışır türk irfanına. Molla Nəsrəddinlə Mövlanə iki ildir ki, barışıb. Bu iki əlamətdar günlərin çoxlu estetik fərqi var. Hər yüz ildən bir əcnəbi mədəniyyətin təsiri altında qalan, güc-bəla ilə o təsirdən arınmaq istəyən milli-mədəni dəyərlərimiz hər əcnəbidən bir xüsus saxlayır özündə. Novruz bayramında süfrələrə şam düzüb arzumuzu çin etmək istəyiriksə, məhərrəmlikdə də “şami-qəriban” oxuyub sinəmizə vururuq.

Ramazanda nəfsimizi tərbiyə etmək istəyiriksə, Novruzda bolluq, bərəkət arzulayıb, nəyimiz var-yox, hamısını bişirib yeyirik. Ramazanda iftar süfrəsində qulağımız ney səsi eşidir. Novruzda isə tonqal başında zurna qulağımızı qanadır. Sovet dövründə isə bu iki təqvimi də gizlənə-gizlənə, min bir həyəcanla qeyd edirdik. Uzun sözün qısası, təxminən, min ildir, bu iki bayramın, bu iki təqvimin arasında haça-paça qalmışıq.

Pisdimi? Türkiyədəki mədəni çürüməyə baxanda görürsən ki, pis deyil. Biz hər mədəniyyətə tolerant yanaşa bilmişik. Yaxşıdırmı? Hansına daha çox aid olduğumuzu dərk etsək, yaxşıdır. Amma dərk edə bilmirik. Buna görə də, milli şüurumuz inkişaf eləmir.

Azərbaycanlılar heç vaxt müsəlman olmayıb. Heç bundan sonra da müsəlman olmayacaqlar. Buna ehtiyac da yoxdur. Bir-iki nəfər dərindən irfanı bilsə, bəsimizdi. Tariximizə baxanda da, İslamı canımızı barbarlardan qurtarmaq üçün qəbul etdiyimizi görürük. Nəinki biz, bütün türklər. Talasda çinlilərə qarşı döyüşən ərəblərin yanında vəziyyətimiz yaxşı olduğu üçün, bir az da bizim dədə-babaların tenqriçiliyinə yaxın olduğuna görə tayfa-tayfa, el-el, oba-oba qəbul elədik İslamı. Hansı məzhəb olursa olsun, bütün Qafqaz, Orta Şərq müsəlmançılığı İrandan öyrəndiyi üçün, əminliklə deyə bilərik ki, bizim İslamdan, ümumiyyətlə, xəbərimiz yoxdur. Xəbəri olanlar da bunu yaxşı məqsədlərlə istifadə edirlər, sağ olsunlar.

Novruz odpərəstlərin bayramıdır. Yeni ili həvəssiz qeyd edənlər, hətta qeyd etməyi günah bilənlər gərək Novruzu da qeyd etməsin. Hətta Novruzu qeyd etmək Yeni ili qeyd etməkdən daha çox günahdır. Biri Allahın göndərdiyi peyğəmbərin adına bağlanırsa, bu biri Zərdüşt deyilən kafirin Xeyir-Şər nağılına söykənir. Amma tarixin hər səhifəsi sübut edir ki, biz inanc məsələsində çox da sabit fikrə malik deyilik. Qanımızdakı türklük, xislətimizdəki qafqazlılıq bizə gündə beş dəfə əyilib qalxmağı rəva görmür.

Novruzun mədəni konturları bizə daha yaxındır. Od, yaşıllıq, su, paylaşmaq, ritm. Novruzu dini bayram kimi qeyd etmədiyimiz üçün onun mistikasından uzaq düşmüşük. Ramazana inandığımız kimi Novruza da inansaq, antropoloji kimliyimizə, irqimizin keyfiyyətlərinə geri dönə bilərik. Biz isə soy, törə, od, torpaq əvəzinə iki təlxəyi folklor adı altında camaata sırımaqla məşğuluq. Keçəl də, Kosa da azərbaycanlıların ümumiləşdirilmiş obrazıdır. Bunu yəqin çox deyiblər, indi də mən xatırladım.

Dinlər qədim miflərin günümüzə gəlib çatan mədəniyyətidir. Vaxt ötdükcə onlar da mifə çevriləcək. Dinlərdən bizə qalan əxlaq sistemi və irrosional düşüncə vərdişi olacaq. Necə ki Novruz öz adətlərini günümüzə qədər qorusa da, inanc sistemini itirib.

Məncə, azərbaycanlılar, Qafqazın türkləri Yeni ili də, Qurban bayramını da, Ramazanı da, ümumiyyətlə, təqvimin bütün şadyana günlərini Novruz bayramı kimi qeyd edir. Əhval-ruhiyyəsi eyni olur o günlərin, dəyişən simvolistikadır. Hansı il ki Novruz sönük qeyd olundu, o il bütün bayramlar domino daşları kimi yıxılır, həvəslər qırılır. Səbəbi milli genin yaddaşıdır. Atəşpərəstliyin, onun közünü üfürən türk milli kimliyinin şüurumuzdakı bütün yad ideologiyalara baş qaldırışıdır. Nə müqəddəs bayramlar, nə də modern illuziyalar bizim coğrafiyanın qədim ənənələrini dəyişə bilmir.
Oda tapınmaq, oda and içmək, pirə ocaq demək, şad gündə, bəd gündə nəsə yandırmaq, bərəkəti odla, tüstü ilə çağırmaq - hamısı qədim dünyanın qədim yaddaşının altşüurumuzdakı təsbitləridir. Psevdopantürkçülük kimi çıxmasın, həqiqətən, qədim türk mifi, metafizik yaddaşı bizə öyrədilənlərin hamısının fövqündə dayanır. Bunun müsbət və mənfi tərəflərini yazmaq isə dissertasiya işidir. Bayramınız mübarək!

Hüseyn Abdullayevə hökm oxundu “ANİMAFİLM Gəncədə” festivalı keçiriləcək Berlin Beynəlxalq Film Festivalının qalibləri açıqlanıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Mart 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri