Icma.az
close
up
RU
Azərbaycanlılar istirahət üçün bu ölkələri seçir

Azərbaycanlılar istirahət üçün bu ölkələri seçir

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq avqust ayının ortalarıdır. Yay mövsümünün sonuna yaxınlaşdıqca istirahət və səyahət mövsümü də tədricən səngiməyə başlayır. İyulun sonu və avqustun əvvəllərində ölkəmizə gələn turistlərin sayı hələ də yüksək olsa da, tətilə gedənlərin intensivliyi yavaş-yavaş azalır. Bununla belə, ilin əvvəlindən etibarən Azərbaycana səfər edən əcnəbilərin statistikasına nəzər saldıqda, maraqlı dəyişikliklər və artımlar müşahidə olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 25,8%-i Rusiya, 17,6%-i Türkiyə, 9,4%-i Hindistan, 8,2%-i İran, 4,2%-i Gürcüstan, 3,7%-i Qazaxıstan, 3,2%-i Səudiyyə Ərəbistanı, 2,9%-i Pakistan, 2,1%-i Çin, hər birindən 1,9% olmaqla İsrail və Özbəkistan, 1,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Ukrayna, 1,3%-i Türkmənistan, hər birindən 1% olmaqla Belarus və Küveyt, 12,6%-i isə digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,9%-i kişilər, 32,1%-i qadınlardır.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan – 1,8 dəfə, Çindən – 1,6 dəfə, Yaponiyadan – 44,3%, Qırğızıstandan – 40,5%, İordaniyadan – 20,7%, Niderlanddan – 19,1%, Qazaxıstandan – 18,3%, ABŞ-dən – 17,7%, Pakistandan – 16,7%, Kanadadan – 16,0%, İtaliyadan – 13,2%, Cənubi Koreyadan – 13%, Almaniyadan – 11,1%, Özbəkistandan – 10,3% artıb.

Turizm eksperti Nigar Şirinzadə mövcud statistikanı şərh edərək bildirib ki, 2024-cü ilin nəticələri Azərbaycanın turizm sektorunda sabit artım tendensiyasının davam etdiyini göstərir:

"Son illərdə ölkəmizə gələn turistlərin sayında müşahidə olunan artım təsadüfi deyil. Azərbaycanın zəngin mədəni irsi, unikal təbiəti, mətbəxinin rəngarəngliyi və insanlarımızın qonaqpərvərliyi dünya turizm bazarında bizi daha da cəlbedici edir. 2024-cü ildə 2,6 milyon turistin ölkəmizi ziyarət etməsi bu sahədə görülən işlərin uğurlu nəticəsidir. Xüsusilə Rusiya, İran və Türkiyədən gələn turistlərin yüksək göstəriciləri ölkələrimiz arasında mövcud sıx iqtisadi və mədəni əlaqələrin göstəricisidir".

Ekspert vurğulayıb ki, vizasız və ya sadələşdirilmiş viza rejimi, beynəlxalq tədbirlərin keçirilməsi və turizm infrastrukturunun inkişafı gələcək illərdə də bu artımı dəstəkləyəcək:

“Əgər biz təbliğat işlərini gücləndirsək, regionlar üzrə turizm məhsullarını diversifikasiya etsək, xüsusilə kənd turizmi, ekoturizm və sağlamlıq turizminə investisiyanı artırsak, 2025-ci ildə bu rəqəmlərin daha yüksək olacağı gözləniləndir”.

Son vaxtlar Monteneqro və Türkiyəyə səfərlərin artmasına diqqət çəkən turizm eksperti bildirib ki, Monteneqroya marağın əsas səbəbi bu ölkəyə vizanın ləğv olunmasıdır. Onun sözlərinə görə, vizasız giriş imkanı, rahat səyahət şəraiti və münasib qiymətlər turistləri buraya cəlb edir:

“Monteneqroya üz tutan turistlər əsasən Avropada bir neçə ölkə və şəhəri bir səfərdə gəzə bilmək imkanını nəzərə alırlar. Məsələn, Budva və Kotor şəhərləri turistlər arasında populyardır. Qiymət baxımından Kotor bir qədər bahalıdır, Budva isə daha münasibdir. Digər yaxın ölkələrdə qiymətlər yüksək olduğu üçün ora səfərlər az olur, həm də viza tələb olunur. Monteneqro isə həm daha əlçatan, həm də rahatdır”.

Ekspertin açıqlamasına görə, Misir və Dubay yay aylarında az üstünlük verilən istiqamətlərdir. Bu ölkələrə əsasən payız, qış və yaz aylarında səyahət tövsiyə olunur. Yay aylarında isə Türkiyə ən çox seçilən istiqamətdir:

“Türkiyədə qiymətlər mövsümə görə dəyişir: iyun ayı nisbətən ucuz olur, iyul və xüsusilə avqust ayında qiymətlər yüksəlir. Eyni hal Monteneqro üçün də keçərlidir. Avqust ayı yüksək mövsüm hesab edildiyi üçün qiymətlər bahalaşır, sentyabr ayında isə yenidən münasib həddə enir”.

Türkiyə mediasında turizm sektorunda fəaliyyət göstərən restoranların “İsveç masası”nı ləğv etməsi məsələsinə aydınlıq gətirən Nigar Şirinzadə qeyd edib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Çünki illərdir Türkiyənin bütün beşulduzlu və dörduzlu otellərində qidalanma növündən asılı olmayaraq — istər “ultra all inclusive”, istər “all inclusive” — səhər, günorta və axşam yeməkləri təqdim olunur. Hətta bəzi hallarda səhər–axşam, səhər–günorta və ya yalnız səhər yeməyi kimi paketlər də mövcud olsa da, qidalanma xidmətləri mütləq şəkildə verilir”, - deyə ekspert əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Avqust 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri