Icma.az
close
up
RU
Azərbaycanlılar niyə pul yığa bilmir?

Azərbaycanlılar niyə pul yığa bilmir?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9241,2 milyon manatlıq, o cümlədən 5066,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4174,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 

2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 6,2 faiz artıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 15,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 451,8 manatlıq, o cümlədən 247,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 204,1 manatlıq qeyri-ərzaq malları alınıb. 

2026-Beləliklə, bu gün ölkədə ən çox pul ərzağa xərclənir. Bu, əhalinin ərzağa olan tələbatının çoxluğundan, yoxsa ərzağın baha olmasından irəli gəlir? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, Azərbaycanda insanların ay ərzində xərclədiyi vəsaitin 80-90 faizi ərzağa sərf olunur: 

"Dövlət Statistika Komitəsinin elan etdiyi 50 faiz rəqəmi siyasi rəqəmdir. Avropada əhalinin ərzağa xərclədiyi vəsait 40-50 faiz arasındadır. Ancaq Azərbaycanda 80 faizdən yuxarıdır. Əhalinin gəliri az, ərzağın isə qiyməti ona baxanda çox bahadır. Məsələn, bu gün kommunal xidmətləri hesablayanda, 4 nəfərdən ibarət ailə üzvü ayda təxminən 150 manat ödədiyi məlum olur. Digər tərəfdən, bütün ərzaq məhsulları gündən-günə bahalaşır. Həm də bu bahalaşma heç vaxt geri dönmür. Ona görə ki, ölkədə qiymətləri monopoliya, inhisar müəyyənləşdirir. Məmurlar vəzifədən getsə də, biznesmenlikləri qalır. Ona görə də əsas səbəb inhisarçılıqdır. İnhisarçılıqda qiymətin ucuzlaşması söhbəti yoxdur, yalnız bahalaşma var". 

Ekspertin sözlərinə görə, ölkəyə idxal olunan məhsulların bahalaşması gömrük rüsumları ilə də bağlıdır: 

"Dövlət Gömrük Komitəsi elan edir ki, ötən ilkinə nisbətən 20-30 faiz daha çox gömrük rüsumu yığılıb. Artıq yığılan vəsait həmin məhsulları alan əhalinin cibindən çıxır. Ona görə də əhalinin xərci artır.  Əhalinin  gəlirinin əksəriyyəti ərzağa gedir. Bizim nə ehtiyata qoymağa pulumuz, nə də bir konsertə, teatra getməyə vaxtımız var. Qazandığımız ancaq yediyimizə çatır. Şəxsən mənim ailəmdə 4 nəfər işləyir, ərzaqdan başqa heç nəyə pul xərcləmirik, yığıma heç nə qoya bilmirik. Bu, Avropada yoxsulluğun bir kriteriyasıdır. Əhali əgər gəlirlərinin 60 faizindən çoxunu gündəlik tələbata xərcləyirsə, demək, o vətəndaş kasıbdır və dövlət ona yardım verir. Ancaq Azərbaycanda kasıblıq həddinin ölçülməsində o kriteriya yoxdur". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri