Icma.az
close
up
RU
Azərbaycanlılar Türkiyədə yaranan fürsətdən istifadə edə biləcəkmi?

Azərbaycanlılar Türkiyədə yaranan fürsətdən istifadə edə biləcəkmi?

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə mənzil bazarında durğunluq yaranıb. Buna suriyalıların kütləvi şəkildə ölkələrinə köçü səbəb olub. Deyilənə görə, mənzil satışı, kirayəsi ucuzlaşıb. Paytaxt Bakı daxil, böyük şəhərlərdə isə kirayə və satış qiymətində artım müşahidə olunur.

Azərbaycanlılar kütləvi şəkildə Türkiyədəki bu fürsətdən istifadə edə bilərmi?

Publika.az xəbər verir ki, globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, hazırda mənzil bazarında nisbi qiymət artımları müşahidə olunur.

Onun sözlərinə görə, bahalaşma əvvəlki illərdə olduğu kimi dinamik deyil:

"Lakin artımlar, meyllər müşahidə olunur. Bakıda kirayə mənzilə olan tələb təklifi kəskin üstələdiyi üçün demək olar ki, il ərzində qiymət artımları davam etməkdədir. Üstəgəl, müəyyən ərazilər üzrə pilot layihələrin icrası zamanı meydana gələn süni tələbin yaradılması, yəni söküntü nəticəsində birdən-birə 300-500 ailənin kirayə mənzil axtarması da tələb formalşadırmış olur. Bu da bir tərəfdən qiymətə təsir göstərir. Hazırda Azərbaycan bazarında istər satış, istərsə də kirayə qiymətlərində artımlar müşahidə olunur".

R.Osmanlı Türkiyə bazarında baş verən tendensiyaların Azərbaycana təsiri haqda danışıb:

"Türkiyədən suriyalıların öz ölkələrinə qayıtması tendensiyası yeni başlayıb və rəqəmlər olduqca aşağıdır. Gün ərzində təqribən 100-200 nəfər ölkəsinə qayıdır. Bu tendensiyanın qısa müddətdə bazarda əhəmiyyətli dərəcədə qiymət azalmasına gətirib çıxarmasını söyləmək ehtimala söykənən yanaşmadır.

Sosial şəbəkələrdə də buna bənzər proqnozlar var. Ola bilsin ki, məsələn, Türkiyədə olan suriyalıların 20 faizi geri döndükdən sonra kəskin düşüş müşahidə edilsin. Amma hələ ki, belə bir hal real görünmür. Fikrimcə, tendensiyanın Azərbaycan bazarına təsiri o qədər də aktual deyil. Bizim üçün daha çox aktual olan regionda, xüsusilə də İran ətrafında baş verən hadisələrin Azərbaycan daşınmaz əmlak bazarına təsiri ilə bağlı ola bilər ki, bu da hələ müşahidə olunmur. Əgər İran üzərində hansısa bir ehtimal yaranarsa, hərbi təsirlər, müharibə və s. məsələlər olarsa, düşünürəm, bu, bizim bazara təsir göstərə bilər. Lakin dediyimiz istiqamətdə ciddi bir dəyişiklik yoxdur".

Əmlakçı quru sərhədlərin bağlı olması məsələsinə toxunub:

"Hesab edirəm ki, quru sərhədlərimiz bağlı olduğu üçün təsirləri xeyli dərəcədə azalda bilirik. Yaxın gələcəkdə nə baş verəcək, bilmirik. Bunu indidən proqnozlaşdırmaq tezdir. Çünki Azərbaycan bazarının tutumu olduqca məhduddur. Bu bazara Rusiya, İran, Türkiyə kimi ölkələrdən cüzi pul axınları baş verdikdə belə Azərbaycan bazarında əhəmiyyətli qiymət dəyişikliyi qeydə alınır. Amma hələ ki, bu da müşahidə olunmur".

Ramil Osmanlı azərbaycanlıların Türkiyə bazarında baş verə biləcək qiymət azalmasından istifadə edərək, ora investisiya yatırması məsələsinə də aydınlıq gətirib:

"Azərbaycanlıların Türkiyə bazarına investisiya yatırmasını hər halda hadisələrin gedişi göstərəcək. Fürsətdən istifadə edənlərin olmasını və ya ola biləcəyini düşünmürəm. Olsa da bu, kütləvi xarakter almayacaq. Mümkündür ki, investisiya məsələsində ötən illə müqayisədə 10-15 faiz artım qeydə alınar. Amma azərbaycanlıların böyük hissəsinin Türkiyə bazarından əmlak alması məsələsi bir az inandırıcı görünmür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://publika.az
archiveBu xəbər 17 Dekabr 2024 07:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see183

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see136

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri