Icma.az
close
up
RU
Azərbaycanlılar vizasız bu ölkələrə səyahət edə bilərlər SİYAHI

Azərbaycanlılar vizasız bu ölkələrə səyahət edə bilərlər SİYAHI

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yay fəslinin gəlişi ilə birlikdə səyahət planları da aktuallaşır. İsti günlərdə dincəlmək, yeni ölkələr kəşf etmək istəyənlər ilk olaraq vizasız və ya sadələşdirilmiş gediş-gəliş rejimi olan ölkələri araşdırırlar. 

Sfera.az bildirir ki, Azərbaycan vətəndaşları 2025-ci ilin yay mövsümündə 70-dən çox ölkəyə vizasız və ya hava limanında viza almaqla səyahət etmək mümkündür.

Avropa bölgəsində vizasız səfər edilə bilən ölkələr arasında Albaniya, Belarus, Bosniya və Herseqovina, Monteneqro, Moldova, Serbiya və Ukrayna yer alır. Rusiya ilə də vizasız rejim qüvvədədir, lakin bəzi bölgələr üçün xüsusi qaydalar tətbiq oluna bilər.

Asiyada Azərbaycan vətəndaşları Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, İran, Malayziya və Qətərə vizasız şəkildə daxil ola bilirlər. Çinlə bağlanan yeni razılaşmaya əsasən, 20 iyul 2025-dən 20 iyul 2026-a qədər Çin Xalq Respublikasına 3 dəfə və hər girişdə 30 günədək vizasız səfər etmək mümkündür.

Orta Şərq və ərəb ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri və Qətər də vizasız gediş-gəliş imkanı təklif edən ölkələr sırasındadır.

Afrika qitəsində isə Mərakeş və Tunis kimi ölkələrə vizasız səyahət mümkündür.

Bəzi ölkələrə isə hava limanında viza almaqla giriş mümkündür. Məsələn, Kamboca, Misir, Səudiyyə Ərəbistanı, Şri-Lanka və Maldiv adaları bu siyahıya daxildir.

Bundan əlavə, Keniya və Pakistan kimi ölkələrə isə elektron viza (e-Visa və ya eTA) sistemi vasitəsilə səyahət edilə bilər.

Siyahını daha ətraflı Xarici İşlər Nazirliyinin saytından əldə etmək mümkündür: //www.mfa.gov.az/az/category/viza/vizasiz-gedis-gelis-rejimi-tetbiq-olunan-olkeler

Qeyd edək ki, vizasız gediş-gəliş rejimi olan ölkələrə səyahət etməzdən öncə səfirliklərdən və ya Xarici İşlər Nazirliyinin saytından aktual məlumatlar yoxlanılmalıdır. Çünki bəzi ölkələrdə giriş şərtləri mövsümi və ya diplomatik dəyişikliklərə əsasən fərqlənə bilər.

Firuzə Əliyeva
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 İyul 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri