Icma.az
close
up
RU
Azərbaycanlılara qarşı hücumlar Rusiya dövləti adına böyük cinayətdir

Azərbaycanlılara qarşı hücumlar Rusiya dövləti adına böyük cinayətdir

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Rusiyanın Yekaterinburq şəhərində əslən Azərbaycanlı ailələrin evlərinə basqın edilməsi, onların saxlanılması zamanı törədilən qeyri-insani zorakılıq halı Rusiya dövləti adına böyük bir cinayətdir, heç bir araşdırma və əsas olmadan Azərbaycanlılar, onların ailə üzvləri Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb və onlardan iki nəfər öldürülüblər.
Rusiya Federasiyasında etnik və milli məsələlər olduqca həssasdır, çünki Rusiya illərdir müxtəlif millətlərin və etnik qrupların məskunlaşdığı bir ölkədir. Rusiyada yaşayan Azərbaycanlılar heç zaman bu ölkədə millətçilik dalğasının artmasında maraqlı olmayıblar və hətta orada yaşayan digər xalqlara, bu ölkənin qanunlarına hörmət göstəriblər. Lakin biz Rusiyada faşizm ideologiyasının dövlət səviyyəsinə qalxmasının və millətçilik dalğasının artmasının şahidi oluruq, faktiki olaraq kreml bununla digər millətlərə, konkret bu halda Azərbaycanlılara qarşı böyük qəddarlıq və qeyri-insani hərəkət nümayiş etdirir. Son dövrlər əslən MDB üzvü olan müxtəlif ölkələrdən olan işçi miqrantlara qarşı da qanunsuz əməllər törədilir, onlar rusiyanın hüquq mühafizə orqanları əməkdaşları tərəfindən əsassız yerə döyülür və hücumlara məruz qalırlar.
Bu əməliyyatı həyata keçirənlər nəzərə almalıdır ki, Sovet İttifaqının dağılmasının kökündə dayanan əsas səbəb məhz digər millətlərə və xalqlara göstərilən qeyri-insani hərəkətlər və münasibətdir olmuşdur, belə bir ideologiya, faşist ideologiyası ilə dövlət idarə edilə bilməz. İndi eyni səhvi Rusiya Federasiyası və onun rəhbərliyi həyata keçirir, ciddi bir səbəb olmadan sivil insanlara və vətəndaşlara qəddarlıq və zorakılıq həyata keçirilir.
Bu gün Rusiya dövlət səviyyəsində Ukrayna ilə başlatdığı müharibə ilə öz vətəndaşlarına və xalqına zülm edir, digər xalqlara zülm edir, qonşu ölkələrlə, Azərbaycanla olan münasibətləri səbəbsiz yerə gərginləşdirməyə çalışır.
Rusiya Federasiyası rəsmilərinin bu ölkənın səması üzərində vurulan Azərbaycan təyyarəsi ilə bağlı hələ də əsaslı bir açıqlama verməməsi və məsuliyyətdən boyun qaçırması, bu ölkənin mediasında ölkəmizə qarşı həyata keçirilən davamlı və əsassız hücumlar, Rusiyada yaşayan həmvətənlərimizə qarşı artan aqressiya, zorakı hərəkətlər bu ölkənin siyasi rəhbərliyi tərəfindən aparılan səhv siyasətin nəticəsidir.
Milli, dini, irqi ayrı-seçkilik, digər millətlərə və xalqlara, mülki vətəndaşlara qarşı göstərilən aqressiya və zorakı münasibət heç bir şəkildə qəbulolunmazdır, sərt qınanmalıdır və bu cinayəti törədənlər ciddi şəkildə cəzalandırılmalıdır. Bütün bu hüquqdan kənar, vandal hərəkətlərlə rusiya digər xalqların yaşaması artıq mümkün olmayan bir məkana çevrilir..
Dünyanın hansı nöqtəsində, o cümlədən Rusiyada yaşamasından asılı olmayaraq Azərbaycan dövləti hər bir vətəndaşının və həmvətəninin yanındadır və onun hüquqlarını müdafiə edir.
Qəti şəkildə Rusiyada həmvətənlərimizə qarşı göstərilən bu qeyri-insani davranışların dayandırılmasını və bunu törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edirik.
Vüqar Əhmədov, politoloq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 İyun 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see229

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see219

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see194

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see193

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see166

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see163

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see162

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see147

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see142

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see135

Afrika Millətlər Kuboku: Günün nəticələri

30 Dekabr 2025 01:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri