Icma.az
close
up
RU
Azərbaycanlılara təsir edə biləcək hadisə Monteneqrodan mühüm xəbər

Azərbaycanlılara təsir edə biləcək hadisə Monteneqrodan mühüm xəbər

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Monteneqroda Türkiyə və Azərbaycan vətəndaşlarının iştirakı ilə baş verən insident geniş rezonans doğurub. Hazırda əsas müzakirə mövzusu vizasız rejimin taleyidir. İddialara görə, Monteneqro hökuməti bu cür halların təkrarlanmaması üçün müvafiq tədbirlər görə bilər.

Belə hadisələr ölkələr arasındakı viza rejimi məsələlərinə təsir edirmi?

Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, Monteneqro prezidenti vəziyyəti sakitləşdirməyə çalışsa da, məlumata görə, müvəqqəti olaraq Türkiyə vətəndaşlarına viza verilməsi proseduru dayandırıla bilər:

“Biz də hadisəyə dərhal reaksiya vermişik. Belə ki, Monteneqro ilə münasibətlərə xüsusi önəm verən Azərbaycan olayın ədalətli, şəffaf şəkildə araşdırılmasını xahiş edib”.

Ceyhun Aşurov

Ekspert bildirib ki, Monteneqroda azərbaycanlıların kifayət qədər investisiyası mövcuddur:

“İki ölkə arasında mühüm siyasi, iqtisadi və biznes əlaqələri formalaşıb. Hazırda Azərbaycana qarşı viza prosedurunun dayandırılması məsələsi gündəmdə deyil. Ümumilikdə, biz məsələnin obyektiv şəkildə araşdırılacağına və hadisənin ədalətli həllini tapacağına inanırıq”.

Xatırladaq ki, Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasından sonra yaranan iğtişaşlar zamanı Türkiyə vətəndaşı ilə yanaşı, Azərbaycan vətəndaşı 31 yaşlı Yaqub Qurbanov da saxlanılıb. Həmçinin miqrasiya qaydalarını pozduğuna görə daha 45 nəfər nəzarətə götürülüb. Onlardan 7-si cərimələnib, 8 nəfər barəsində deportasiya qərarı çıxarılıb, 2 nəfər isə istintaq tamamlanana qədər nəzarət altında saxlanılacaq.

Qeyd edək ki, hər il Azərbaycandan sözügedən Avropa ölkəsinə minlərlə turist gedir. Son 1-2 ildir ki, vətəndaşlarımızın seçimi əsasən Monteneqro olur.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri