Azərbaycanlıların böyrəklərini satan ukraynalı qadın SAXLANILDI
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanlıların böyrəklərini satan ukraynalı qadın saxlanılıb.
Polşada 56 böyrəyin satışında iştirak edən və Qazaxıstanda 12 il həbs cəzasına məhkum edilən ukraynalı qadın saxlanılıb.
Turkustan.az xəbər verir ki, bu barədə Polşa Prokurorluğunun məlumatında bildirilir.
Məlumata görə, 35 yaşlı Kseniya P. Polşa ilə Ukrayna arasındakı dəmiryol keçidində İnterpolun "qırmızı bildirişi" əsasında saxlanılıb.
Hazırda onun niyə məhkəmə hökmündən sonra Qazaxıstanda həbsdə olmadığı məlum deyil.
Kseniya P. 2020-ci ildən İnterpolun axtarışında idi və o, Qazaxıstana ekstradisiya ediləcək.
Qadın 2017-2019-cu illərdə insanlardan qanunsuz şəkildə toxuma və orqanları çıxararaq qara bazarda satan beynəlxalq mütəşəkkil cinayətkar qrupun üzvü olub. Cinayətkar dəstənin qurbanları Qazaxıstan, Azərbaycan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailandda yaşayan şəxslər olub. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 11 Mart 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















