Icma.az
close
up
RU
Azərbaycanlıların Həmrəylik Xartiyası Sənəd özündə hansı prinsipləri əks etdirir?

Azərbaycanlıların Həmrəylik Xartiyası Sənəd özündə hansı prinsipləri əks etdirir?

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan diasporunun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənədlərdən biri də Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasıdır.  Xartiya 2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıda keçirilən iclasında qəbul olunub. 

Sfera.az bildirir ki, Xartiya dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmini, diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. 

Xartiyada dünya azərbaycanlılarına müraciət edilərək dünyanın hansı guşəsində yaşamasından, sosial statusundan, dünyagörüşündən, əqidəsindən asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər bir kəsi doğma Azərbaycanın rifahı naminə əlindən gələni əsirgəməməyə çağırır:

“Biz qəti şəkildə inanırıq ki, dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birliyi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafını, Azərbaycan xalqının siyasi-iqtisadi və mədəni tərəqqisini təmin edən əsas amildir”. 

Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarının müdafiəsində dünya azərbaycanlılarının fəal iştirakını təmin etməyi qarşıya məqsəd qoyur, xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətənin mənafeləri naminə vahid amal ətrafında birləşmək əzmini və iradəsini ifadə edir, bu birliyin ideoloji, sosial-fəlsəfi, siyasi və mənəvi aspektlərini müəyyənləşdirir. 

Bu sənəddə “azərbaycanlı” anlayışının etno-sosial, fəlsəfi məzmunu izah edilir. İzaha əsasən, “azərbaycanlı” anlayışının strukturuna azərbaycanlılar, həmçinin azərbaycanda yaşayan, türk mənşəli azərbaycanlılarla qaynayıb qarışmış milli azlıqlar və özünü azərbaycanlı hesab edən hər bir kəs daxildir. Sənəddə vurğulanır ki, dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının 20 faizi müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin nəzərə almaq lazımdır ki, bu, müasir dünya üçün o qədər də qeyri-təbii sayılmır. Qlobal dəyərlərin mühüm əhəmiyyət kəsb etdiyi, dünyanın “böyük bir kənd” halına gəldiyi bir dövrdə azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün mümkün qədər az maneə yaratmalıdır. 

Azərbaycanlıların birliyini təmin edəcək digər amillər kimi türkçülük və islamçılıq da sənəddə vurğulanır. Azərbaycanlıların milli birliyini təmin edən, onların dünya birliyinə təbii inteqrasiyasını şərtləndirən vasitə olaraq türk dünyasının rolu get-gedə gücləndiyi bildirilir. Eyni zamanda azərbaycanlıların birliyinin digər bir konteksti kimi İslam dünyası ilə əlaqələrə əhəmiyyəti göstərilir. Beləliklə, Xartiyada hər bir azərbaycanlının özünəməxsus aləmi ilə yanaşı türk dünyasının, islam dünyasının və ümumən dünyanın övladı olduğu qeyd edilr.

Xartiyada azərbaycançılıq ideologiyası ilə bağlı ayrıca maddə mövcuddur. Bu maddədə bildirilir ki, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. 

Xartiyada Azərbaycan həqiqətlərinin təbliğinin vacib olması xüsusən qeyd edilir. İnformasiya cəmiyyətinin müasir tələblərinə uyğun olaraq, diaspor təşkilatları dünya azərbaycanlılarının həmrəyliyinin informasiya təminatı istiqamətində ana dilində və ya yaşadıqları ölkələrin dövlət dilində kütləvi informasiya vasitələri təsis etmək, milli icma üzvləri və yerli əhali arasında təbliğat və maarifçilik işi aparmaq hüququna malikdirlər.

Azərbaycanlı icmalarının fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələri yaxşılaşdırılmalı, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilməli, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən və Azərbaycan diasporuna ictimai münasibətlərin qurulmasında yardım göstərə biləcək alim, siyasətçi və jurnalistlərlə, soydaşlarımızın yaşadıqları ölkələrin və digər dövlətlərin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə sıx münasibətlər qurulmalı, onlarla məqsədyönlü iş aparılmasının zəruri olduğu vurğulanır.

Vasif CƏFƏROV

Mövzu: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.


 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 Fevral 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri