Azərbaycanlıların olduğu daha bir gəmi hücuma məruz qalıb Video
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Qara dənizin şimali-qərbində, Rusiyanın Anapa şəhəri yaxınlığında ekipaj üzvləri arasında azərbaycanlıların da olduğu “Babylon” adlı quru yük gəmisi Ukraynanın dron hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək ” ictimai birliyinin sədri İlham Nəsirov məlumat və görüntülər yayıb.
Sözügedən görüntülərdə gəminin azərbaycanlı ekipaj üzvü hücum barədə məlumat verir. O qəzalı vəziyyətdəki gəmini gəzərək iyulun 16-də baş vermiş hücumun təfərrüatlarını izah edib.
Həmin kadrları təqdim edirik:
İ. Nəsirov qeydn edib ki, ekipaj üzvləri yaxınlıqdakı limana təxliyə olunublar.
Ölən və ya yaralananlar haqqında hər hansı məlumat qeyd olunmayıb.
Xatırladaq ki, bundan bir neçə gün əvvəl Odessa sahilləri yaxınlığında “Atlas Bey” yük gəmisi də dron hücumuna məruz qalıb. Hadisə zamanı sözügedən gəmidə 11 azərbaycanlı olub, onlardan gəminin kapitanı Səməd Nəsrullayev dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU VİDEO
12 Oktyabr 2026 13:21
Azov dənizdində azərbaycanlıların olduğu gəmi batır (VİDEO
20 Fevral 2025 13:29
Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
27 Avqust 2026 20:08
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu Video
15 Noyabr 2026 11:53
Azərbaycanlıların olduğu gəmi vuruldu Dəhşətli görüntülər yayıldı VİDEO
15 İyul 2026 10:07
Baxış sayı:125
Bu xəbər 20 İyul 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















