Icma.az
close
up
RU
Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...

Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

I yazı

1937–1938-ci illərdə Azərbaycanda minlərlə ziyalı, din xadimi və ictimai-siyasi xadim "xalq düşməni" ittihamı ilə güllələnib. Məmmədəli Abbasqulu oğlu Əliyev bu proseslərin rəsmi dövlət sənədlərində (aktlarda və edam protokollarında) adı icraçı kimi keçən və sovet repressiya aparatının amansız qərarlarını yerinə yetirən şəxslərin gizli siyahısında yer alır.

Məmmədəli Əliyev yüksək rütbəli NKVD zabiti və ya komissar olmadığı, sadəcə verilən gizli tapşırıqları yerinə yetirən sıravi icraçı olduğu üçün onun haqqında geniş bioqrafik araşdırmalar aparılmayıb.

Çox təəssüf ki, fotosunu tapa bilmədim. Dəfələrlə arxivlərə baş vursam da, barəsində çox az məlumat olan bu şəxsin bütün məlumatları və şəxsi işi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində gizli saxlanılıb.

Sovet xüsusi xidmət orqanları güllələnmə hökmlərini kütləvi şəkildə icra etmək üçün psixoloji baxımdan bu işə uyğun gələn yerli əməkdaşlardan xüsusi icra qrupları formalaşdırırdı. O da bu qrupun fəal üzvü olmuşdur.

Dövlət təhlükəsizliyi serjanti hərbi rütbəsi olub. 22 fevral 1938-ci il tarixli 410 №-li əmri ilə alıb. Qeyd edim ki, bu rütbə Qırmızı Ordunun Leytenant rütbəsinə bərabər tutulurdu.

Məmmədəli Əliyev NKVD rəhbərliyinin, xüsusilə Mixail Sumbatov-Topuridzenin birbaşa şifahi və xüsusi yazılı əmrlərini yerinə yetirən "müvəqqəti operativ icra qrupunun" üzvü idi. Bu qrupun üzvləri gündüzlər adi kargüzarlıq və ya inzibati işlərlə məşğul olur, yalnız gecə saat 01:00-dan 04:00-a qədər cəlladlıq missiyasını yerinə yetirirdilər. Onlara bu qanlı fəaliyyətlərinə görə maaşlarından əlavə xüsusi mükafatlar və ərzaq, əsasən spirtli içki payı verilirdi.

O, NKVD əməkdaşı kimi repressiya olunmuş şəxslər barəsində çıxarılan güllələnmə qərarlarının icra sənədlərini imzalayan və bu aktları rəsmiləşdirən şəxslərdən biri olub.

Məmmədəli Əliyev Bakıda və ətraf ərazilərdə gizli şəkildə həyata keçirilən kütləvi güllələnmə proseslərinin birbaşa icraçısı kimi tanınır.

NKVD binasının zirzəmilərində və ya Bayıl həbsxanasında gecə saatlarında keçirilən güllələnmə proseslərində birbaşa silahı çəkib, ölüm hökmü alan şəxsləri öldürüb.

Edam prosesindən sonra qurbanların cəsədlərinin Xəzər dənizində yerləşən Nargin adasına aparılmasına və ya digər gizli kütləvi məzarlıqlarda basdırılmasına bilavasitə nəzarət edib. NKVD-nin gizli təlimatlarına əsasən, cəsədlər adada basdırılarkən üzərlərinə əhəng tökülürdü ki, bədənlər sürətlə parçalansın və gələcəkdə basdırılma yerləri tapılsa belə, şəxsiyyətləri müəyyən etmək qeyri-mümkün olsun.

Məmmədəli Əliyevin və digər azərbaycanlı cəlladların adları 2016-cı ildə Rusiyanın "Memorial" Hüquq Müdafiə Cəmiyyəti "SSRİ təhlükəsizlik orqanlarının kadr heyəti: 1935-1939" adlı irihəcmli məxfi bazanı və sənədləri ictimaiyyətə açıqladıqdan sonra bəlli olub.

Azərbaycan SSR üzrə müəyyən edilən 278 NKVD əməkdaşından yalnız 57-si milliyətcə azərbaycanlı idi ki, onların da daxilində Məmmədəli Abbasqulu oğlu Əliyevin adı birbaşa icraçı-cəllad kimi qeyd edilmişdi.

Məlumata görə, 1941-ci ildə İkinci Dünya Müharibəsi başladıqdan sonra keçmiş edam icraçılarının böyük hissəsi xüsusi cəza batalyonlarına cəlb edilərək ən təhlükəli döyüş nöqtələrinə göndərilib, cəllad Məmmədəli Əliyev də bunların içində olub. Burda isə sənədlərin davamı boş sarı vərəq gəlir.

Bir versiyaya görə isə ad-soyadı dəyişdirilib, Rusiyanın ucqar əyalətlərindən birinə yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Avqust 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri