Icma.az
close
up
RU
Azərbaycanlıların Soyqırımı Günü tarixi yaddaşımızdan silinməyəcək

Azərbaycanlıların Soyqırımı Günü tarixi yaddaşımızdan silinməyəcək

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

1918-ci il martın 31-də erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər, soyqırımı öz amansızlığına, qəddarlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Dahi şəxsiyyət, Vətənini, xalqını sonsuz məhəbbətlə sevən Heydər Əliyevin qeyd etdiyi kimi 31 Mart - Azərbaycanlıların soyqırımını, Xocalı faciəsini, günahsız soydaşlarımızın məruz qaldığı soyqırımının dəhşətlərini hər gün xatırlamağa, unutmamağa borcluyuq: 1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.

Tarixi vərəqlədikcə əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini yürüdən bədnam qonşularımızın saxta “erməni soyqırımı” iddialarını, mənfur, məkirli niyyələrini hər vasitə ilə həyata keçirməyə çalışan azğın düşmənin bədxah əməlləri göz önündə tək-tək canlanır. XX əsrin əvvəllərində Azərbaycan xalqının qonaqpərvərliyinə, bütün yaxşılıqlarına terror və separatçılıqla, soyqırımlar törətməklə qarşılıq verən erməni millətçiləri mənfur planlarını, uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün böyük bir region üçün ciddi təhlükə mənbəyinə çevrildilər.

Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olublar. Tarixi saxtalaşdıran, süni xülyalardan ruhlanan erməni təcavüzkarları, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri “Daşnaksutyun” partiyasının iştirakı ilə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçiriblər. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilir, insanlar işgəncələrə məruz qalırlar. Yaşayış məntəqələri dağıdılır, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Gəncə və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovurlar. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirir, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırır, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar.

Ermənilərin yalan, hiyləgər və məkrli əməlləri ilə bağlı bütün dövrlərə dair bitib-tükənməyən faktlar var. Mənfur erməni millətçiləri bütün dünyanı uydurduqları yalanlarla aldadaraq saxta "erməni soyqırımı” anlayışını gündəmdə saxlamağa çalışıblar. Özünü zərərçəkən kimi göstərmək, yazıq cildinə salmaq, yalanı doğru kimi təqdim etmək, başqasının malına, mədəniyyətinə iddia edib uydurma "əsaslandırma” yaratmaq erməni toplumunun genetikasında möhkəm yer tutub.

Mənfur, bədnam xislətindən əl çəkməyən erməni millətçilərinin azğınlığı, şər mahiyyəti iki əsr boyu davam etdi. "Haqq üzülər, amma qırılmaz” deyiblər. Azərbaycan dövlət müstəqilliyini bərpa etməklə bir çox qaranlıq məqamlara işıq saldı. Və nəhayət, həqiqət anı yetişdi. Hər bir azərbaycanlının çoxdan gözlədiyi tarixi ədalət isə Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması ilə bərqərar oldu, tarixi ədalət bərpa olundu. Azərbaycan tarixi zəfərə imza atdı, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin, soyqırımın, şəhidlərimizin, Xocalı qurbanlarının qisası 44 günlük Vətən müharibəsində alındı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Mart 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri