Icma.az
close
up
RU
AzərbaycanNATO əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib AÇIQLAMA

AzərbaycanNATO əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib AÇIQLAMA

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyyatlar üzrə köməkçisinin müavini xanım Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyinin məlumatına görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev NATO nümayəndə heyəti ilə görüşüb. Görüşdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb. Həmçinin Azərbaycan Ordusu tərəfindən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş müxtəlif qoşun növləri bölmələrinin hazırlığı, Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası çərçivəsində Alyansın müxtəlif qərargah və strukturlarında xidmət edən hərbi qulluqçularımızın töhfələri barədə müzakirələr aparılıb.

Azərbaycannın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadənin də iştirak etdiyi görüş zamanı ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğu xüsusi vurğulanıb. Əməkdaşlığın gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Azərbaycan Ordusu artıq bir neçə ildir NATO standartlarına keçib.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan 15 ildən çoxdur ki, bu sistem üzərində işləyir:

"Türkiyə ordu sisteminə keçid modelini tətbiq etməklə də NATO standartlarını qəbul etmiş oluruq. Məsələ ondadır ki, Azərbaycanın NATO ilə əməkdaşlığı, tərəfdaşlığı və ordu standartlarının tətbiq olunması ölkəmizin hərbi alyansa üzv olması anlamını daşımır. Bu, birbaşa Azərbaycanın müasir ordu sisteminə keçidi deməkdir. Dünyada hərbi sənaye durmadan inkişaf edir, yeni silahlar ortaya çıxır və əksəriyyəti də NATO ölkələri tərəfindən istehsal olunur. Belə olan halda NATO sistemini öyrənmək və onu tətbiq etmək daha məqsədəuyğundur".

Samir Hümbətov: Bu, birbaşa Azərbaycanın müasir ordu sisteminə keçidi deməkdir

Həmsöhbətimiz vurğulayıb ki, bu proses Rusiya və İran tərəfindən diqqətlə izlənilsə də, hər bir dövlət öz milli maraqlarından çıxış edir:

"Təbii olaraq Azərbaycan da öz milli maraqlarını güdür. Azərbaycanın hansısa dövlətlə, hərbi, yaxud siyasi blokla əməkdaşılığı qonşu ölkələrə, üçüncü tərəfə qarşı yönəlməyib. Sırf özümüzün milli maraqlarımız və təhlükəsizliyimiz naminə NATO kimi təşkilatlarla qarşılıqlı əməkdaşlıq edirik. O baxımdan belə səfərlər, görüşlər təbii və normaldır. Əldə edilən razılaşmaların icrası da mümkündür. Onsuz da Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində NATO ilə əməkdaşlığı var".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri