Icma.az
close
up
RU
AzərbaycanRusiya İşgüzar Şurasının iclası keçirilib

AzərbaycanRusiya İşgüzar Şurasının iclası keçirilib

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Şuranın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və digər sahələrdə fəaliyyət göstərən 90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.

SİA xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafını vurğulayıb, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi kontekstində Azərbaycan-Rusiya İşgüzar Şurasının tərəfdaşlıq mexanizminin əhəmiyyətini qeyd edib.

Bildirilib ki, birgə investisiya layihələrinin həyata keçirilməsi və ikitərəfli ticarət potensialının reallaşdırılması istiqamətində görülən işlər işgüzar dairələr arasında əlaqələri daha da möhkəmləndirir ki, bu da hər iki ölkənin iqtisadi inkişafına töhfə verir. İki ölkənin biznes dairələri tərəfindən yaradılmış Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov qurum tərəfindən iki ölkə arasında ticarət və işgüzar əlaqələrin inkişafı, Azərbaycan biznes ictimaiyyətinin maraqlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb.

İclasın gündəliyinə uyğun olaraq, şuranın İdarə Heyətinə seçkilər keçirilib, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri "Agalarov Development" şirkətinin təsisçisi Emin Ağalarov, sədrin müavinləri isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və "Nardaran Invest" MMC-nin direktoru Qəmbər Bənənyarlı seçiliblər.

Şuranın yeni seçilmiş İdarə Heyətinin sədri Emin Ağalarov sahibkarlar arasında biznes dialoqun intensivləşdirilməsi və hər iki ölkənin işgüzar dairələri üçün tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Tədbirdə Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə Səməd Qurbanova Fəxri Fərman təqdim edilib.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən İşgüzar Şura Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Rusiya – Azərbaycan İşgüzar Şurası və iki ölkənin digər dövlət qurumları və müvafiq ictimai təşkilatlarla fəal əməkdaşlıq edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see254

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see195

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see187

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see184

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see183

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see149

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see130

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see130

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see124

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri