AzərbaycanTürkiyə sərhədində yük maşınlarının sıxlığı yarandı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.
APA-nın xəbərinə görə, Dövlət Gömrük Komitəsindən bildirilib ki, sıxlığın səbəbi Türkiyə Respublikasının "Dilucu" sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiqi ilə əlaqədardır.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.
Hazırda "Sədərək" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.

