Icma.az
close
up
RU
Azərbycandakı Rus İcmasının susqunluğu narahatlıq doğurur

Azərbycandakı Rus İcmasının susqunluğu narahatlıq doğurur

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının soydaşlarımıza qarşı həyata keçirdiyi vandalizm aktı haqlı olaraq Azərbaycan cəmiyyətində geniş etiraz doğurdu. Azərbaycan dövlətinin Rusiyada azərbaycanlılara qarşı törədilən cinayət əməllərinə, vəhşiliyə və qəddarlığa sərt reaksiya verməsi normaldır və təqdir edilməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əli Orucov səsləndirib. Onun sözlərinə görə, Moskva indiyədək Rusiyada yaşayan miqrantlarla faşitcəsinə davranışlarına heç bir ölkədən belə adekvat cavab almadığından, şantajla, hədə-qorxularla hamını susdurduğundan bəlkə düşünürdü ki, eyni metod işinə yarayacaq:
"Ancaq bu dəfə düzgün hesablama apara bilmədi. AZAL-a məxsus sərnişin laynerinin Qroznı səməsında Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurularaq bilərəkdən ölümə göndərilməsindən sonra iki ölkə arasında yaranmış soyuqluğu aradan qaldırmaq üçün səylər göstərmək əvəzinə Moskvanın həmlələr etməsi, müxtəlif təzyiq mexanizmlərini işə salması nəticə etibarı ilə münasibətləri daha da gərgin fazaya gərib çıxardı. Moskva üçün indiki beynəlxalq izolyasiya və sanksiya altında Bakı ilə konfrantasiyaya getməsi ciddi xətadır və Kremlin bu yanlış yoldan qayıtması, onun regionda da maraqları üçün faydalı olardı”.
Əli Orucov daha sonra deyib:
“Rusiyada neoimperializm və neofaşim təzahürləri getdikcə artır və bu hal isə təkcə şimal qonşumuzda yaşayan immiqrantlar üçün deyil, etnik azlıqlar, hətta qonşu dövlətlər üçün də ciddi problemlər yaratmaqdadır. Rusiyanın iqtisadi və hərbi tənəzzülü həm rejimi, həm də rus cəmiyyətini aqressivləşdirməkdə və sərt xətt tərəfdarlarının sıralarını genişləndirməkdədir. Putin iqtidarı bütün bu uğursuzluqlardan və ciddi böhrandan yayınmaq üçün saxta millətçilik, vətənpərvərlik ruhunu tətikləməkdə maraqlı olduğu üçün belə tendensiyalar artan şkalada davam etdiriləcək. Ona görə də bu təhlükəli etapı adlamaq üçün istər Rusiya vətəndaşı olan, istərsə də müvəqqəti yaşayan və işləyən soydaşlarımız daha diqqətli, ayıq-sayıq və mütəşəkkil olmalıdır. Rusiya cəmiyyətinə inteqrasiyanı sürətləndirməli, ictimai-siyasi proseslərdə fəal iştirak etməlidirlər. Diaspora gücləndirilməlidir. Xüsusən də Rusiya ictimaiyyətinə təsir göstərən vasitələrə və platformalara mütamadi çıxış imkanları qazanlmalıdır”.
Regiondakı mövcud dönəmdə və Azərbaycanın qarşısında duran vacib planların həyata keçirilməsi ərəfəsində Moskva-Bakı ziddiyətlərinin dərinləşməsinin arzuolumadığını vurğulayan siyasi şərhçinin fikrincə, hər iki ölkə normallaşmaya üstünlük verməlidir və bunun üçün ilk növbədə Kreml kompromisə gedib, ambissiyalarından geri çəkilməlidir:
"Əgər Kreml Azərbaycanı itirərsə bütünlükdə Cənubi Qafqazı itirəcək. Mərkəzi Asiyada mövqeyi daha da zəifləyəcək. Türkiyə və Pakistanla əlaqələrinə zərər gətirəcək və s. Ermənistandakı və Rusiyadakı bəzi dairələr bundan bəhrələnəcək. Münasibətlərin qırılma nöqtəsinə gələcəyi təqdirdə Azərbaycan da Rusiya kimi böyük bazardan mərhum ola bilər, sosial yükü artar. Nəzərdən qaçırmayaq ki, Rusiyada 3 milyona yaxın soydaşımız yaşaır, işləyir, ailəsini dolandırır. Azərbaycana xaricdən pul köçürmələrinin 52 faizi, 2 milyard manata yaxını Rusiyanın payına düşür. Rusiya Federasiyası Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin ilk 5-də təmsil olunur. Eyni zamanda Qərbi Azərbaycanlıların öz yurd-yuvalarına qayıtmasına Moskva İranla birlikdə müəyyən əngəllər törədər. Ermənistan-Azərbaycan arasında sülh və normallaşma prosesini pozmağa cəhd göstərər. Məncə, Azərbaycanla-Rusiya arasında gərginliyin pik həddinə çatmaması üçün təkcə diplomatiya deyil, ziyalılar da, müxtəlif təbəqələrin və qrupların nümayəndələri də fəal iş aparmalıdır. Proseslərə müdaxilə etməlidir. Azərbycandakı Rus İcmasının susqunluğu narahatlıq doğurur. Heç bir post sovet respublikalarında Rus xalqına və rus dilinə Azərbaycandakı kimi geniş, əlverişli imkanlar yaradılmayıb və hörmət göstərilmir. Bütün bunları gərək Kremldəkilər doğru qiymətləndirsinlər və eyni münasibət göstərsinlər. Bu Azərbaycanın haqqıdır. Rusiya eyforiyadan ayılmsa aqibəti SSRİ kimi ola bilər”.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 İyul 2025 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri