Icma.az
close
up
RU
“Azerçay” Çay Sənayesində Fermerlərin Gücləndirilməsi Mövzusunda panel müzakirəsi keçirib

“Azerçay” Çay Sənayesində Fermerlərin Gücləndirilməsi Mövzusunda panel müzakirəsi keçirib

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

“Azerçay”ın təşkilatçılığı ilə COP29 çərçivəsində “Azərsun Holdinq”in pavilyonunda “Çay Sənayesində Fermerlərin Gücləndirilməsi” mövzusunda panel müzakirəsi baş tutub.

Bu tədbir, çay sənayesinin inkişafı və fermerlərə verilən dəstəklərin əhəmiyyəti ilə bağlı geniş müzakirə imkanları yaradıb.

Panel müzakirəsini açan “Azerçay” markasının marketinq müdiri Tərlan Lətifov, ilk olaraq çayın zəngin tarixi və dərin mədəniyyəti haqqında məlumat verib.

O, çayın yalnız içki deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu vurğulayıb.

Müzakirə zamanı, kənd təsərrüfatında çayın əhəmiyyəti və bu sahənin inkişafı üçün fermerlərə verilən dəstəklərin vacibliyi barədə geniş fikirlər irəli sürülüb.

Çıxışçılar, fermerlərin gücləndirilməsi və çay istehsalının keyfiyyətinin artırılması üçün müxtəlif müasir yanaşmalar və innovasiyaların tətbiqinə xüsusi diqqət yetiriblər.

Müzakirə iştirakçıları həmçinin çayın müasir standartlara uyğun şəkildə, əl dəymədən qablaşdırılması barədə məlumat verərək, istehsal proseslərinin təkmilləşdirildiyini bildirib.

Qeyd edək ki, “Azerçay” COP29-da çay təminatçısıdır və bu mühüm tədbir çərçivəsində Mavi Zonanada yerləşən Azərbaycan pavilyonunda gələn qonaqlara çay təqdim olunur.
Çay mədəniyyəti haqqında məlumatlar verilir

Həmçinin, Yaşıl Zonanada yerləşən “Azərsun Holdinq” pavilyonunda da “Azerçay” qonaqları qarşılayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri