Icma.az
close
up
RU
Azercell 2023cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? ŞOK İDDİA

Azercell 2023cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? ŞOK İDDİA

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elə bir ay yoxdur ki, mobil operatorlar heç bir səbəb olmadan qiymətləri qaldırmasınlar. İndi isə "Azercell" daha da irəli gedərək 1 fevral 2025-ci il tarixindən etibarən aylıq 2 AZN-lik limit tətbiq edəcək yəni abunilər hər ay balanslarına məcburi qaydada 2 AZN vəsait yükləməlidirlər. Əgər 2 AZN-dən az vəsait yüklənilsə və ya balansa ümumiyyətlə vəsait yüklənilməsə, 2 AZN xidmət haqqı tətbiq ediləcək və "Azercell2 abunəçinin balansından 2 AZN siləcək.
Sitat.info xəbər verir ki, bu barədə AFN.az-a ünvanladığı müraciətdə Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov bildirib. Oxucumuz hesab edir ki, "Azercell"in bu qərarı oğurluqdur: "Abunəçinin razılığı olmadan mobil operatorun nə ixtiyarı var balansından vəsait silsin? Yaxud abunəçiyə zorla hər hansısa paket versin? Bu, istehlakçı hüquqlarının pozulmasıdır. Bu absurd qayda digər mobil operatorlarda bu ilin fevral və may ayından var, amma onlarda heç olmasa balansdan silinən 2 AZN müqabilində şəbəkədaxili dəqiqələr və internet paketi verilir. "Azercell"də isə ümumiyyətlə heç bir dəqiqə və internet paketi verilmir".
Şikayətçi bildirir ki, abunəçi balansını kredit vasitəsi ilə və ya "Paycell" vasitəsi ilə artırsa belə, bu, aylıq sərfiyyat limiti kimi hesablanmır: "Yəni abunəçi məcburi qaydada balansa öz pulu ilə vəsait yükləməlidir. Bundan başqa, əvvələr danışıq kartının istifadə müddəti bitdikdə nömrənin xətti 180 gün yəni 6 ay birtərəfli qaydada bağlı qalırdı balansa vəsait yüklənilməsə nömrə ləğv edilirdi, indi isə bu müddət 90 günə yəni 3 aya endiriləcək. Halbuki bütün dünyada xəttin bağlanılması anlayışı yoxdur, bu, yalnız Azərbaycanda var. Xatırladım ki, "Azercell" bir neçə ay öncə danışıq kartlarının müddətini azaltmış bu ay (müraciət redaksiyamıza dekabr ayında daxil olub-red.) isə bütün tarif paketlərində qiymətləri kəskin şəkildə qaldırmışdı. Bildiyiniz kimi, elə bir ay yoxdur ki, hər hansısa xidmətin qiyməti bahalaşmasın. "Azercell" isə qiymətləri guya xidmət səviyyəsinin yüksəldilməsi üçün bahalaşdırdığını desə də, xidmət səviyyəsi əksinə daha da aşağı düşüb. Belə ki, əvvəllər telefon mərkəzinə edilən şikayətlərə zənglə geridönüş edilirdisə, indi sadəcə şablon şəkildə SMS ilə cavab verilir. Əvvəllər telefon mərkəzində abunəçi həll edilməyən şikayətlər ilə bağlı qrup rəhbəri ilə danışa bilirdisə, indi bu da ləğv edilib, abunəçi şikayətini heç bir yetkiliyə bildirə bilməz".
Oxucumuzun toxunduğu başqa bir məqam isə "Azercell" şirkətinin maliyyə hesabatı ilə bağlıdır. İ.Məmmədkərimov bildirir ki, şirkət 2023-cü ilin maliyyə hesabatını hələ də açıqlamayıb: "Artıq 2024-cü ilin sonudur və şirkət 2024-cü ilin maliyyə hesabatını açıqlamalıdır, amma 1 ildir ki, 2023-cü ilin maliyyə hesabatı açıqlanmır. Bununla bağlı telefon mərkəzinə iyul ayından müraciət etsəm də, həmin vaxt təklifiniz bizim üçün çox önəmlidir, istəyinizin tətbiqi imkanları araşdırılacaq şəkilində şablon şəkildə SMS göndərib götürüb qeydiyyatı bağladılar. Daha bir neçə ay gözləyib noyabr ayında telefon mərkəzinə maliyyə hesabatı ilə bağlı yenidən müraciət etdikdə operatorlar mənə göndərilən şablon şəkildə SMS-i əsas gətirərək sizə artıq cavab verilib dedilər və bununla bağlı baş ofislə əlaqə saxlamalı olduğumu bildirdilər. 26 noyabr tarixində baş ofislə əlaqə saxladım müraciətimi yenidən qeydə aldılar və 1 aydır ki, müraciətimə cavab verilmir. Ümumilikdə isə iyul ayından bəri 5 aydan çoxdur ki, bir nəfər belə əlaqə saxlayıb məlumat vermir. Keçən il də eyni hal baş vermişdi yəni maliyyə hesabatı may ayında açıqlanmışdı.
Maliyyə hesabatını gizlətməyin bir səbəbi var: Bildiyiniz kimi 2018-ci ildən "Azercell" dövlət şirkətidir və "TeliaSonera" 2015-ci ildən Avrasiya regionunu tərk edəcəyini açıqladıqdan sonra "Azercell" 2018-ci ilədək 3 il zərərlə çalışıb. Rabitə Nazirliyi məcbur olub "Azercell"in 51%-lik payını "TeliaSonera"dan 222,5 milyon dollara aldı. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, "Azercell" gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşəcək. Bu yaxınlarda İKT üzrə ekspertlər "Azercell"in özəlləşmə məsələsini gündəmə gətirəndən sonra görünür şirkətdə narahat olublar və maliyyə hesabatını gizlətməyə qərar veriblər".
Bütün qeyd edilənlərlə bağlı "Azercell" şirkətindən açıqlanan mövqedə bildirilir ki, mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq "Azercell" mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir: "Bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər. Telekommunikasiya şəbəkəsinin keyfiyyətinin artırılması və şəbəkənin daha da genişləndirilməsi üzrə işlərimiz planlı şəkildə davam etdirilir. "Azercell" olaraq hədəfimiz abunəçilərimizə ən yüksək xidmət və ən son texnologiyaları təqdim etməkdir. Abunəçilərin istifadəsinə verilən nömrələr ilə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər "Azercell" tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri (“KİV”) ilə bu müqavilədə müəyyən edilmiş qaydada abunəçiləri öncədən xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər. Bildiririk ki, müvafiq dəyişiklik abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilib. Dəyişikliyə dair elan 21.12.2024-cü il tarixində "Azərbaycan" qəzetində dərc edilməklə abunəçilər məlumatlandırlmışdır: https://azerbaijan-news.az/az/posts/detail/azercell-abunecilerinin-nezerine-1734726491/347969.
Eyni zamanda, abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər".
Şirkətdən 2023-cü ilin maliyyə hesabatı ilə bağlı oxucunu narahat edən suallara cavab verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 Yanvar 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri